Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi


05.01.2018  09:07 

Bakıda maşınların qiyməti qalxıb





A+  A-

Dekabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də "online" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynov bildirib ki, ilin sonu olduğu üçün durğunluq gözlənilən idi, ancaq buna baxmayaraq avtomobil bazarında qiymətlərdə 15-20 faiz artım qeydə alınıb.

Onun sözlərinə görə, qiymətlərdə artıma səbəb Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun dəyişəcəyi ilə bağlı yayılan məlumatlar olub.

Ekspert qeyd edib ki, qiymət artımı satışın daha da azalmasına səbəb olub. V.Hüseynov hesab edir ki, bu il yeni avtomobillərin satışı daha aktual olacaq. Onun sözlərinə görə, bəzi banklar və bank olmayan kredit təşkilatları avtomobil kreditləri verməkdə davam edir və digər banklar da öz kredit portfelinə yenidən baxacaqlar, bu növ kreditlər daha da aktuallaşacaq.

Xəbər 3805 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +