Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


10.12.2019  15:38 

“Oqtay Gülalıyevlə bağlı hər 10 gündən bir qərar verilir“





A+  A-

“Oqtay Gülalıyevin durumu ağır olaraq qalır. O, ağır komadadır. Hər gün qızdırması olur. Qanında və ağ ciyərində infeksiya olduğuna görə, ona bir ay ərzində antibiotiklər vurulub. Antibiotiklərin çox vurulması nəticəsində qara ciyərində və böyrəklərində kreatinin miqdarı artıb. Artıq 3 gündür antibiotiklərin qəbulunu dayandrıblar, böyrəyinə, qara ciyərinə görə dərmanlar vururlar”.
XəzərNews.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Otqay Gülalıyevin həyat yoldaşı Füruzə Gülalıyeva “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, həkimlər Oqtay Gülalıyevin nə vaxt komadan ayılacağı barədə heç nə deyə bilmir.

“Azərbaycanda cərahiyyə əməliyyatı 18 saat gec edildiyinə görə, Oqtay komaya düşüb. Ona görə də heç bir həkim onun neçə aydan sonra komadan ayılacağını deyə bilmir. Hər şey beynin özünü toparlamasından asılı olacaq”.

O ki qaldı Heydər Əliyev Fondunun hüquq müdafiəçisinin müalicə xərclərini bundan sonra qarşılayıb-qarşılamayacağına, bu barədə hələ hər hansı xəbər yoxdur.

“Bir neçə gün öncə Heyrə Əliyev Fondunun nümayəndəsi ilə danışmışdıq, demişdilər ki, həkimlərin rəyindən asılı olaraq Amerika Xəstəxanasında saxlanıb-saxlanmaması barədə qərar verəcəklər. Bu gün həkimlər rəy verib ki, böyrəklərində və qara ciyərində kreatinin miqdarı artıb, müalicə davam etdirilir. Heydər Əliyev Fondunun nümayəndəsi hələ bizimlə əlaqə saxlamayıb. Bu səbəbdən də bundan sonra müalicə xərclərini qarşılayıb-qarşılamayacağından xəbərim yoxdur”, – deyə Füruzə Gülalıyeva müsahibəsində deyib.

Öz növbəsində, Heydər Əliyev Fondundan Amerikanın Səsinə bildiriblər ki, Oqtay Gülalıyevlə bağlı xəstənin vəziyyətinə uyğun olaraq hər on gündən bir qərar verilir.

“Oqtay Gülalıyevin müalicəsi hazırda İstanbulda Amerika Xəstəxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə davam edir. Bundan əvvəl mətbuata verdiyimiz məlumatda da qeyd olunduğu kimi fond tərəfindən müalicəsinə dəstək göstərilən şəxslərlə bağlı mütəmadi olaraq müalicə müəssisəsindən 10 günlük hesabatlar daxil olur və həmin hesabatlar əsasında müalicənin sonrakı mərhələlələri ilə bağlı qərar verilir. O cümlədən də, Oqtay Gülalıyevlə bağlı hər 10 gündən bir xəstəxana fonda məlumat verir və xəstənin vəziyyətinə uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir”, – Heydər Əliyev Fondunun mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beynə qansızma diaqnozu qoyublar.

Xəbər 3031 dəfə oxunub.



22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +