İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


28.03.2020  11:46 

Azərbaycan avtomobil ixracına başlayacaq





A+  A-

Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil.
Bunu Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur:

"Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifadəyə keçid üçün zəruri infrastrukturu yaratmaq iqtidarındadır. Elektromobillərin istehsalı üçün benzin mühərrikli avtomobillərin istehsalı ilə müqayisədə daha az vəsait tələb olunur. Elektromobillərə keçid istehsalçılar üçün təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan səmərəli olacaq".

İstehsalın genişləndirilməsi məsələsinə toxunan E.Axundov bildirib ki, hazırda Hacıqabul sənaye məhəlləsində kiçiktonnajlı yük maşınları və mikroavtobusların istehsalı zavodunun tikintisi davam edir:

"Hesablamalarımıza əsasən, bu obyektin tikintisi 2020-ci ilin iyununadək başa çatacaq. Zavodun tikintisində "Azərmaş"ın payı 100 faiz təşkil edəcək. 2018-ci ilin oktyabrından 2020-cim ilin fevralınadək "Azərmaş" ASC 4 min maşın istehsal edib. Bu ilin aprelində Ukraynaya ilk ixracın yola salınması planlaşdırılır".

O bildirib ki, növbəti mərhələdə Özbəkistana ixrac təşkil olunacaq, amma bunun müddəti barədə danışmaq hələ tezdir.

Qeyd edək ki, Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası 2019-cu ildə təsis edilib. "Azərmaş" ASC-nin açılışı mərasimi 2018-ci ilin martında baş tutub. Zavod Neftçala sənaye məhəlləsində yerləşir. (trend)

Xəbər 3315 dəfə oxunub.




13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +