770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO
Prezident Mahmud Abbasla görüşdü


31.05.2024  18:32 

NATO Ukraynaya qoşun göndərəcək? (ŞƏRH)





A+  A-

"NATO-nun nümayişkəranə şəkildə qoşunlarını Ukraynaya göndərəcəyi real deyil".

Xəzərnews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Litva baş nazirinin ölkəsinin hərbi təlimçilərini Ukraynaya göndərməyə hazır olduğu barədə verdiyi bəyanatı şərh edərkən deyib.

"Rusiya - Qərb qarşıdurması artıq ciddi fazaya daxil olub. Qərb və Avropa Rusiyaya qarşı mübarizədə koalisiya yaradırlar. Məqsəd Rusiyanı Ukrayna müharibəsi fonunda daha çox zəiflətmək, onun iqtisadiyyatını laxlatmaqdır. Belə vəziyyətdə Kiyevə Qərbin dəstəyi artmaqdadır. ABŞ da Ukraynaya icazə verib ki, öz silahından Rusiya ərazisindəki hərbi obyektləri vursun. Hər hansı bir amerikalı, fransız, litva və ya ingilis hərbi təlimçisinin Ukraynada olması və yaxud hər hansı bir ABŞ silahının orada olması artıq Qərbin Ukraynada olması deməkdir", deyə İbrahim Rüstəmli bildirib.



Ekspert vurğulayıb ki, Qərbdən döyüşmək üçün könüllü adı ilə Ukraynaya gələn döyüşçülər var:

"Qərb onları könüllü qrifi adı altında göndərir. Burada da əsas məqsəd Ukraynaya daha çox dəstək verməkdir".

Həmsöhbətimiz deyir ki, NATO-nun ora qoşun göndərməsi münaqişənin artıq dünya müharibəsi fazasına keçməsi demək olacaq:

"Bu artıq NATO-nun birbaşa və dolayısı yolla Ukraynada döyüşməsi deməkdir. Amma bu çox təhlükəli tendensiyadır. Putin bu halda nüvə silahına əl atacağı təhdidilə çıxış edib. Ona görə də NATO hərbi kontingentinin Ukraynaya göndərilməsi ehtimalının az olduğunu düşünürəm. Əvəzində Ukraynaya daha çox silah və maliyyə dəstəyi veriləcək. Lokal şəkildə hərbi təlimçilərin Ukraynaya göndərilməsi də mümkün variantlardandır. Bunu edirlər də. Amma nümayişkəranə şəkildə NATO-nun öz qoşunlarını Ukraynaya göndərməsi real deyil".

Qeyd edək ki, Litvanın baş naziri İnqrida Şimonite Ukrayna qoşunlarının hazırlanmasına kömək etmək üçün ölkəsinin öz hərbi kontingentini Ukraynaya göndərməyə hazır olduğunu bəyan edib. Bu barədə baş nazir Bloomberg ilə müsahibəsində deyib. Şimonite xatırladıb ki, Litva hətta Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də Ukrayna ordusuna təlim keçməyə kömək edib və Litva və Ukrayna silahlı qüvvələri arasında uzunmüddətli əməkdaşlıq mövcuddur.

"Biz onları üçüncü ölkələrdə də, Litvada da öyrədirik, lazım gələrsə, ola bilər ki, onları bunu etmək istəyən ölkələrlə birgə Ukraynada da öyrədərik”, deyə Litvanın baş naziri bildirib.

Bu istiqamətdə aktivlik nümayiş etdirən digər ölkə isə Fransadır. "Le Monde” yazır ki, Fransa prezidenti Emmanuel Makron Ukrayna əsgərlərinə birbaşa Ukraynada təlim keçmək üçün hərbi təlimatçılar göndərmək istəyən dövlətlərdən ibarət koalisiya yaratmağa çalışır.


Xəbər 11523 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +