Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


23.07.2023  10:56 

Əshabül Kəhf ziyartəgahında nə baş verir? - Foto





A+  A-

Millət vəkili Fazl Qəzənfəroğlu Naxçıvanda - Əshabül Kəhf ziyartəgahında baş verən xürafatdan yazıb.

XəzərNews.az xəbər verir ki, millət vəkilinin açıqlamasını olduğu kimi təqdim edir:

“Bu gün Naxçıvanda Əshabül Kəhf adlanan məkanda xurafatın, cahilliyin bir neçə fraqmentini müşahidə etdim. Bir qrup qayanın altına doluşub başına yaş damcı düşməsini gözləyir. Digər qrup əlini bir əl maketinə sürtüb nəyisə Allahdan diləyir. Başqa biriləri bir yaylıq asılan oyuğa yığışıb daş tullayırlar ki, görən niyyətləri yerinə gələcəkmi. Biriləri də qayanın altındakı oyuqda divara daş yapışdırmağa çalışırlar. Ən maraqlısı isə bir neçə yekəpər qadının iri qaya parçasının arasındakı dar oyuqdan keçmə yarışı idi. Arada fasilə verildi, çünki bir gombul qadın oyuqda ilişib qalmışdı. Hələ buraya 100 metrlik məsafəni sürünmə üsulu ilə qət etməyə çalışan, qızıl ziynət əşyalarını nəzir qutusuna salmağa çalışan insanlarımızın da olduğunu nəzarətçilər söyləyirlər. Bunlar hamısı 21-ci əsrdə baş verir. Tam əmin olun: 22-ci, 23-cü əsrdə də eyni cür olacaq. Bütün bunlar həm də bizim yaşadığımız ənənəvi dinin atributlarıdır. Buradan çıxıb yaxşı ki, millətin işıq gələn, aydınlıq saçan nadir sayda məkanlarımdan birinə, yəni Cavidin məzarına üz tutub xeyli düşünməli oldum. Bu qaranlığa, cahilliyə düşkün bir çoxluğu hara daşımaq mümkündür?”





Xəbər 2883 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +