Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


27.01.2020  12:17 

Madər Musayevin Seçki Qərərgahı 10 gündə 27 görüş keçirib - Fotolar





A+  A-

10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa bitərəf namizəd Madər Musayevin vəkilləri və Seçki Qərərgahının könüllüləri yanvarın 17-dən 26-dək seçicilərlə 27 məhəllə görüşü keçiriblər.
Seçki Qərargahından XəzərNews.az-a verilən məlumata görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi, 50/35-də 33 saylı bina, 1, 2, 3-cü döngələr, Xəqani 14, A.Zeynallı 1A, M.Mikayılov 11 və 11A, Teymur Yaqubov 22, 24, 26-cı binaların qarşısı, Ə.Qasımov - Natavan, R.İsmayılov 1A, 11 və 12-ci binaların həyəti, İ.Kərimov, Q.Süleymanov küçələrində təxminən 1500 seçici ilə görüşüblər.

Madər Musayevin vəkilləri həmçinin Binəqədi qəsəbəsi, Ə.Qarayev, İsfahani küçələrində, 1-ci mədən 43, 46-ci korpuslarda, Ramazanov 13-59B, 1-12A, 1-ci mədən, 47-ci, 2-ci mədən, 43-cü korpuslarda, Gülüstan küçəsi, döngə 13, 14, 15-də 1300 nəfərə yaxın seçici ilə təmasda olub, namizədin platformasını elan edib, təbliğat materiallarını paylayıblar.

Seçicilər onların müraciətləri əsasında Madər Musayevin təşəbbüsü ilə dövlətin müvafiq icra strukturlarının həyata keçirdiyi sosial-iqtisadi layihələrin müəllifi Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa namizəd Madər Musayev və vəkillərinin seçicilərlə görüşləri davam edir. Fevralın 7-dək daha 20 məhəllə görüşünün keçirilməsi nəzərdə tutulub.








Xəbər 3441 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +