ETİBARNAMƏ sistemi: Dünyada yalnız Azərbaycanda qalıb
Türkiyədə zəlzələ olub
Ukrayna raket hücumuna məruz qaldı -Xəsarət alanlar var
Gürcüstan DİN-nə çağırış edildi
Şad Xəbər: Bu şəxslərə ev veriləcək
Qazaxıstan Rusiyaya hücum edib?
Əhaliyə şad xəbər: Bitdi...
Azərbaycanlı şairin vəziyyəti ağırlaşdı -FOTO
Cüdoçularımız finala vəsiqə qazandı
Sərnişin qatarına hücum etdilər, yaralılar var -VİDEO


03.03.2017  09:36 

Ukraynanın azərbaycanlı naziri korrupsiya işi üzrə saxlanıldı





A+  A-

Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.
Bu barədə “Ukrainskaya Pravda” nəşri Ukrayna Milli Antikorrupsiya Bürosuna istinadən məlumat yayıb.

“Nəsirov “qaz işi” çərçivəsində aparılan axtarış zamanı saxlanılıb”, - deyə Bürodan bildirilib. Bundan əvvəl DFX binasında axtarış aparılıb.

Məlumata görə, hazırda Nəsirov barəsində istintaq tədbirləri həyata keçirilir.

R.Nəsirovun vəkilləri onun huşsuz vəziyyətdə olduğunu əsas gətirərək, istintaq tədbirlərinin qanuna zidd aparıldığını iddia edirlər. Onlar R.Nəsirovun saxlanılması qərarından şikayət verəcəklərini bildiriblər.

Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.

Məlumata görə, huşsuz vəziyyətdə olan Roman Nəsirov “Feofaniya” klinikasından xərəklə kardioloji korpusa aparılıb. Onun reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Həkimlər R.Nəsirovun infarkt keçirdiyini bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Ali Radanın deputatı Aleksandr Onişenko barəsində “külli miqdarda dövlət əmlakının talanması» maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək “Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə, ölkə daxilində hasil olunan qazı aşağı salınmış qiymətlərlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Qeyd olunan hərəkətlər nəticəsində dövlətə 120,5 mln. dollar ziyan dəydiyi qeyd olunur. Sonradan Rada Onişenkonun cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsinə razılıq verib, lakin qərar qəbul edilməzdən əvvəl Onişenko ölkəni tərk edib. Deputat həmçinin dövlətə xəyanətdə və Ukraynada vəziyyəti gərginləşdirməyə hazırlıq görməkdə şübhəli bilinir.

Barəsində axtarış elan edilən Aleksandr Onişenko Roman Nəsirovun saxlanılmasını şərh edib.

“Bu, Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) indiyədək uğradığı və bundan sonra uğraya biləcəyi ən böyük uğursuzluqdur. İstintaq heç nə sübut edə bilməyəcək. Çünki Nəsirovla münasibətlərimizdə heç vaxt pul faktoru olmayıb. Bu səviyyədə bir şəxsin saxlanılması və həbs edilməsi UMAB-a və, ümumilikdə, hakimiyyətə böyük zərbədir”, - deyə o bildirib.

Onun sözlərinə görə, “bir nəfəri gözdən salmaq cəhdi bütün antikorrupsiya sisteminin nüfuzdan düşməsi ilə nəticələnə bilər”.

(apa.az)

Xəbər 4295 dəfə oxunub.



05.10.2025  16:28 

Sabahın havası necə olacaq?

05.10.2025  15:59 

Türkiyədə zəlzələ olub

04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?

04.10.2025  15:23 

Əhaliyə şad xəbər: Bitdi...

04.10.2025  12:47 

Sabahın havası açıqlandı

04.10.2025  12:07 

Tanınmış aktyor vəfat etdi -FOTO

04.10.2025  11:54 

Prezident fərman imzaladı

04.10.2025  11:02 

Kür çayında bir nəfər batıb

04.10.2025  10:07 

Hava limanı bağlandı


BÜTÜN XƏBƏRLƏR +