Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.10.2025  02:49 

Ukrayna raket hücumuna məruz qaldı -Xəsarət alanlar var





A+  A-

Oktyabrın 5-ə keçən gecə Ukrayna yenidən Rusiya qoşunlarının hücumuna məruz qalıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya silahlı qüvvələri 50-dən çox raket və təxminən 500 hücum dronu, o cümlədən qanadlı raketlər, "Şahed" və "Kinjal" tipli silahlar buraxıb. Hücumlar Lviv, İvano-Frankivsk, Zaporojye, Çerniqov, Sumı, Xarkov, Xerson, Odessa və Kirovoqrad vilayətlərini əhatə edib.

"Hücum nəticəsində 10 nəfərin xəsarət aldığı məlumdur. Təəssüf ki, beş nəfər həlak olub. Bu təcavüz nəticəsində yaxınlarını itirən hər kəsə dərin hüznünü bildirirəm", - Zelenski qeyd edib.

O deyib ki, zərbələrə məruz qalan yerlərdə xilasetmə və bərpa işləri davam edir.

Zelenski həmçinin vurğulayıb ki, hava məkanında birtərəfli atəşkəs mümkündür və məhz bu, həqiqi diplomatiyaya yol aça bilər.

"ABŞ və Avropa Putini dayandırmağa məcbur etmək üçün tədbir görməlidir", - Ukrayna lideri əlavə edib.

Nuray

Xəbər 1682 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +