ETİBARNAMƏ sistemi: Dünyada yalnız Azərbaycanda qalıb
Türkiyədə zəlzələ olub
Ukrayna raket hücumuna məruz qaldı -Xəsarət alanlar var
Gürcüstan DİN-nə çağırış edildi
Şad Xəbər: Bu şəxslərə ev veriləcək
Qazaxıstan Rusiyaya hücum edib?
Əhaliyə şad xəbər: Bitdi...
Azərbaycanlı şairin vəziyyəti ağırlaşdı -FOTO
Cüdoçularımız finala vəsiqə qazandı
Sərnişin qatarına hücum etdilər, yaralılar var -VİDEO


25.05.2025  20:08 

12 nəfər gəlməyib, köçürmə isə...





A+  A-

Bu gün səhər saatlarında ölkənin müxtəlif bölgələrində minlərlə abituriyent qəbul imtahanına yollanmışdı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ll və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 54 mindən çox abituriyentin iştirakı nəzərdə tutulurdu.

XəzərNews.az xəbər verir ki, 248 nömrəli məktəbin ümumi imtahan rəhbəri Famil Niftiyev imtahan prosesi ilə bağlı Teleqraf-a məlumat verib:

"Sual kitabçaları səhər saatlarında imtahan rəhbərlərinin iştirakı ilə Dövlət İmtahan Mərkəzindən götürülərək imtahan keçirilən binaya gətirilir.

İmtahan bitəndən sonra cavab kartları da bizim iştirakımızla DİM-ə təhvil verilir.

Əsas məqsəd abituriyentlərin biliklərini obyektiv və rahat şəraitdə nümayiş etdirməsinə şərait yaratmaqdır. Heç bir qayda pozuntusu qeydə alınmayıb".

12 nəfər gəlməyib, köçürmə isə...

Onun sözlərinə görə, imtahan tam şəffaf və sakit şəraitdə keçdi.

"248 nömrəli məktəbdə keçirilən qəbul imtahanında ümumilikdə 260 nəfər abituriyentin qeydiyyatı aparılsa da, 248 nəfər iştirak edib. 12 nəfər iştirak etməyib. İmtahan saat 10:00-da başladı. Namizədlər saat 09:45-ə qədər binaya buraxıldı.

İmtahan müddəti 3 saatdır. İlk 2 saat ərzində heç kim binanı tərk edə bilməz. İmtahanın bitməsinə 15 dəqiqə qalmış isə çıxışa icazə verilmir. Sual kitabçalarını yalnız imtahanın sonuna qədər qalan iştirakçılar özləri ilə apara bilər. Köçürmə halı isə qeydə alınmayıb".

O qeyd edir ki, həkim əməkdaşlar imtahan binasında növbədə olsalar da, halı pisləşən heç bir abituriyent qeydə alınmayıb:

“23 nəfər nəzarətçi imtahanda iştirak edib. Binada buraxılış rejimində şagirdləri yoxlamaq üçün 2-si kişi, 2-si qadın olmaqla ümumilikdə 4 mühafizə əməkdaşı ayrılıb. Şagirdlərin üzərindən kəsici, deşici alət aşkarlanmayıb”.

Belə...Həyəcanı geridə qoyub bildiklərini yazıb imtahandan çıxan şagirdlər onları gözləyən valideynlərinin, dostlarının, nəvə-babalarının, bacı-qardaşlarının yanına tələsirdilər.

Bəziləri pərişan, bəziləri gülərüz...Bəzi abituriyentlər isə heç nəyə, heç kimə fikir vermədən sualları elə oradaca yoxlamağa başlamışdılar. Onlar nəticələrin açıqlanacağı günə qədər nə edəcəklər onu təsəvvür etmək çətin deyil.

Bu abituriyentlərin həyəcanlı anlarına şahidlik etmək elə onlarla birliklə həyəcanlanmaq içimizdə qəribə hisslər oyatdı. Amma əminliklə deyə bilərəm ki, imtahan verən bacısını güllə qarşılamağa gələn balaca oğlanı hələ uzun müddət unuda bilməyəcəyik. Biz susaq, o özü danışsın...

Xəbər 2373 dəfə oxunub.



05.10.2025  16:28 

Sabahın havası necə olacaq?

05.10.2025  15:59 

Türkiyədə zəlzələ olub

04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?

04.10.2025  15:23 

Əhaliyə şad xəbər: Bitdi...

04.10.2025  12:47 

Sabahın havası açıqlandı

04.10.2025  12:07 

Tanınmış aktyor vəfat etdi -FOTO

04.10.2025  11:54 

Prezident fərman imzaladı

04.10.2025  11:02 

Kür çayında bir nəfər batıb

04.10.2025  10:07 

Hava limanı bağlandı


BÜTÜN XƏBƏRLƏR +