Bu ölkədə güclü zəlzələ
Ərdoğan Azərbaycana səfər edəcək
Partlayış olacaq: Nazirlikdən XƏBƏRDARLIQ
Məşhur futbolçu vəfat etdi
Heç kim bizimlə müqayisə apara bilməz -Tramp
ETİBARNAMƏ sistemi: Dünyada yalnız Azərbaycanda qalıb
Türkiyədə zəlzələ olub
Ukrayna raket hücumuna məruz qaldı -Xəsarət alanlar var
Gürcüstan DİN-nə çağırış edildi
Şad Xəbər: Bu şəxslərə ev veriləcək


05.03.2025  16:25 

Azərbaycanda ən çox müavini olan nazir kimdir?





A+  A-

Xəbər verdiyimiz kimi, “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov vəzifəsindən azad edilərək, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Bununla da, Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatıb. Belə ki, Rəhman Hümbətov, Samir Məmmədov, Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri) və Elmin Məmmədov da RİNN rəhbərinin müavinləridir.

Maraqlıdır, Azərbaycanda ən çox müavini olan nazir kimdir?

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo” nazirlərin müavinlərinin sayı ilə bağlı qısa araşdırma edib.

Məlum olub ki, hazırda ən çox müavini olan nazir Kəmaləddin Heydərovdur. Fövqəladə hallar naziri K.Heydərovun 7 müavini var: Rəfael Mirzəyev (birinci müavin), Faiq Tağızadə, Etibar Mirzəyev, Orucəli Hacıyev, Teymur Mehdiyev (Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu), Tapdıq Əmiraslanov (Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu), Adil Abdullayev.
Xarici işlər naziri Ceyhun Bayramovun müavinlərinin sayı isə 6-dır: Mahmud Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov, Samir Şərifov, Yalçın Rəfiyev.

Daxili işlər, ədliyyə və iqtisadiyyat nazirlərinin də 5 müavini var.

Daxili işlər naziri Vilayət Eyvazovun müavinləri: Seyfulla Əzimov (birinci müavin), Oqtay Kərimov, İsmət Əliyev, Şahin Məmmədov, Fazil Quliyev.

Ədliyyə naziri Fərid Əhmədovun müavinləri: Abidin Hüseynov, Toğrul Hüseynov (Birinci vitse-prezidentin Katibliyinin sabiq baş məsləhətçisi), Mübariz Əhmədov, Eldar Nuriyev, Mirsaleh Seyidov.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinləri: Elnur Əliyev (birinci müavin), Sahib Ələkbərov, Rövnəq Abdullayev (SOCAR-ın sabiq prezidenti), Səməd Bəşirli, Anar Axundov.

Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Elm və Təhsil Nazirliklərində isə müavin sayı 4-dür.

Müdafiə naziri Zakir Həsənovun müavinləri: Kərim Vəliyev (birinci müavin), Hikmət Mirzəyev, Namiq İslamzadə, Aqil Qurbanov.

Ekologiya və təbii sərvətlər naziri postu hazırda boş olsa da, nazirlikdə 4 müavin fəaliyyət göstərir: Rəşad İsmayılov (birinci müavin), Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva.

Energetika naziri Pərviz Şahbazovun müavinləri: Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov, Orxan Zeynalov.

Elm və təhsil naziri Emin Əmrullayevin müavinləri: Firudin Qurbanov, İdris İsayev, Həsən Həsənli, Kənan Kərimzadə.

Əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı, mədəniyyət və səhiyyə nazirlərinin isə 3 müavini var.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müavinləri: Vüsal Nəsirli, Anar Kərimov, Hidayət Abdullayev.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri: İlhamə Qədimova, Elçin Zeynalov, Sarvan Cəfərov.

Mədəniyyət naziri Adil Kərimlinin müavinləri: Səadət Yusifova, Fərid Cəfərov, Murad Hüseynov.

Səhiyyə naziri Teymur Musayevin müavinləri: İlqar Qasımov, Rasim İsmayılov, Nadir Zeynalov.

Müdafiə sənayesi, gənclər və idman nazirlərinin 2 müavini var.

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin müavinləri: Mehman Baxışov və Hidayət Əzimov.

Gənclər və idman naziri Fərid Qayıbovun müavinləri: İndira Hacıyeva və Fərhad Hacıyev.
Maliyyə naziri Sahil Babayevin isə cəmi 1 müavini var: Azər Bayramov.

Qeyd edək ki, bəzi nazirliklərin əsasnamələrində müavin postlarının sayı daha çox göstərilsə də, yazıda isə hazırda vəzifə başında olan müavinlərin adları qeyd edilib.

Xəbər 2760 dəfə oxunub.



06.10.2025  09:41 

Bu ölkədə güclü zəlzələ

06.10.2025  08:57 

Məşhur futbolçu vəfat etdi

06.10.2025  08:29 

Bu yollarda tıxac var -SİYAHI

05.10.2025  16:28 

Sabahın havası necə olacaq?

05.10.2025  15:59 

Türkiyədə zəlzələ olub

04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?

04.10.2025  15:23 

Əhaliyə şad xəbər: Bitdi...

04.10.2025  12:47 

Sabahın havası açıqlandı

04.10.2025  12:07 

Tanınmış aktyor vəfat etdi -FOTO

04.10.2025  11:54 

Prezident fərman imzaladı

04.10.2025  11:02 

Kür çayında bir nəfər batıb

04.10.2025  10:07 

Hava limanı bağlandı


BÜTÜN XƏBƏRLƏR +