Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


22.08.2025  11:15 

“İçərişəhər”də yaşayanlar avtomobillərini saxlamağa yer tapmırlar





A+  A-

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Bakının Səbail rayonu, Neftçilər prospektində 5b ünvanında yerləşən binanın, habelə İçərişəhər, Vəli Məmmədov küçəsi 22 saylı binanın, eləcə də həmin ərazidə yaşayan digər bina sakinlərinə parklanma ilə əngəllər yaratdığı deyilir.

XəzərNews.az xəbər verir ki, bu barədə Pravda.az-a sözügedən ərazidə yaşayan sakinlər məlumat veriblər.

Məlumatda bildirilir ki, problem Rüfət Mahmudun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsindən sonra yaranıb.

Sakinlərin sözlərinə görə, yeni sədr İçərişəhərin giriş hissəsində bina sakinlərinin şəxsi avtomobil saxladıqları əraziləri Dövlət Yol Polisi İdarəsinə müraciət edərək xətlətdirib: “Əvvələr 10-15 avtomobil saxlanılan ərazidə indi 4-5 avtomobilin saxlanılmasına icazə verilir. Digər hallarda isə DYP əraziyə mütəmadi daxil olub, avtomobil sahiblərini 80 manat və 2 balla cərimələyir. Sakinlər evinə yaxınlaşıb, normal şəkildə avtomobili park etmək hüququndan tamamilə məhrum ediliblər. Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə bundan əvvəl rəhbərlik etmiş şəxslərin dövründə sakinlər heç vaxt bu kimi problemlə üzləşməyiblər. Hazırda DYP tərəfindən nişanlamış ərazilərdə yalnız restoranlara gələn müştərilər, şirkət işçilərinin avtomobilləri saxlanılır”.

Məsələni aydınlaşdırmaq üçün Pravda.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə soruğu ünvanlansa da, hələ ki mövqe bildirilməyib.

Xəbər 369 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +