İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


10.07.2025  10:53 

Rusiyanı parçalamaq prosesi başladı





A+  A-

Almaniya kansleri Fridrix Merz Bundestaqda büdcə müzakirəsi zamanı bəyan edib ki, Ukraynada müharibənin sülh yolu ilə həlli üçün artıq yol yoxdur: “Diplomatik vasitələr tükənib”. Bu, Qərbdə və bütüövlükdə dünyada yaranmış qənaətin ifadəsidir. Diplomatik vasitələr tükəndiyi üçün digər vasitələr gücləndiriləcək.

XəzərNews.az BakuPost.az-a istinadla xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli bildirib.

“İtaliya Prezidenti Sergio Mattarella bəyan edib ki, Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən asılıdır. Avropanın öz təhlükəsizliyini təmin etmək üçün hər şey edəcəyinə şübhə olmamalıdır.

ABŞ, AB və Böyük Britaniya Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etməyə hazırlaşır. Qərb bu sanksiyalarla Rusiyanın iqtisadiyyatını dağıtmaqla Ukraynaya qarşı müharibənin davam etdirilməsini imkansız hala gətirməyi hədəfləyir. Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib ki, növbəti tədbirlər paketi Rusiyanın resurslarını “tükənmək” və onun hərbi əməliyyat keçirməsinin qarşısını almaq məqsədi daşıyır.

Paralel olaraq Ukraynanın silahlandırılması yeni vüsət almağa başlayır və bu, Rusiyanın itkilərin miqyasının kəskin artmasına səbəb olacaq”, - o bildirib.

Politoloqun fikrincə, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynanın silahlandırılmasının gücləndirilməsi ilə yanaşı, Rusiyanın daxildən də sarsıdılması ilə bağlı tədbirlərin işə düşəcəyinə heç kim şübhə etməməlidir:

“Baxmayaraq ki, Qərbdə heç kim bu məsələdən bəhs etmir. Çünki bu, Rusiyaya qarşı sanksiyaların tətbiqindən və Ukraynanın silahlandırılmasından daha həssas məsələdir.

Unutmaq olmaz ki, yorucu müharibə və pisləşən sosial-iqtisadi vəziyyət çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətini patrtlama həddinə gətirib. Kiçik bir müdaxilə və yaxud təsadüfi bir hadisə böyük partlayış doğura bilər.

Yanğın üçün münbit şəraitin olduğu yerdə küləyin gətirdiyi təsadüfi qığılcım böyük yanğına səbəb olduğu kimi, təsadüfi bir hadisə belə partlama həddinə çatmış cəmiyyətin xaosa yuvarlanması üçün yetərli ola bilər”.

Xəbər 1297 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +