Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?
Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?
Meyiti 20 il soyuducuda saxladı, həbs olundu
Zelenski Trampdan görüş zamanı nə istəyib?
Qan dayanana qədər mübarizə aparacağıq - Ərdoğan
Generaldan jurnalistə sərt cavab -“Siz kimsiniz ki, mənə zəng etmisiniz?“
Rusiya Ukrayna ordusunun itkilərinin sayını AÇIQLADI


29.04.2025  23:38 

Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR





A+  A-

İddiaya görə, Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satıb.

XəzərNews.az xəbər verir ki, Bununla bağlı "Star City Construction" MMC şirkəti tərəfindən Publika.az-a şikayət ərizəsi daxil olub.

Bildirilib ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli "çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən 4,44 ha torpaq sahəsi "Star City Construction" MMC-nin daimi istifadəsinə verilib.

Bu sərəncamdan sonra, "Star City Construction" MMC tərəfindən ərazini layihələndirilmə-planlaşdırma işlərinə başlanılıb. Ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb, təsdiq edilib. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin eskiz layihəsinin razılaşdırılması barədə 14.03.2018-ci il tarixli məktub verilib.

Lakin bütün bunlardan sonra məlum olub ki, eyni torpaq sahəsi "Ailə Park" MTK adlı bir şirkətə də ayrılıb. Məsələ ilə bağlı "Star City Construction" MMC tərəfindən dərhal Nərimanov Rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə çoxsaylı rəsmi müraciətlər edilib. Lakin uzun müddət heç bir rəsmi cavab verilməyib.

Həmçinin qeyd edilib ki, Nərimanov Rayon İcra Hakimiyyəti əvvəlki sərəncamın (“ESRA” MMC ilə bağlı olan hissə) ləğvini nəzərdə tutan 01.10.2018-ci il tarixli, 356 saylı sərəncama “Star City Construction” MMC-yə aid 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamın da ləğv olunması barədə bənd əlavə edib. Bununla bağlı da əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.

Beləliklə, 16 iyul 2018-ci il tarixli "Star City Construction" MMC-ə aid sərəncam hazırda qanuni qüvvəsindədir. Lakin aradan 5 aydan çox vaxt keçməsinə baxmayaraq Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən iş üzrə dərhal qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.09.2024-cü il tarixli Qərarın icrası ilə bağlı heç bir addım atılmayıb. Ərazidə "Ailə Park" MMC tərəfindən işlərin aparılması da hələ də dayandırılmayıb.

Şirkət iddia edir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar belə yerinə yetirilmir.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, həmçinin sorğu ünvanladıq. Əvvəl mövqe bildirəcəkləri ilə bağlı vəd verilsə də, daha sonra heç bir sualımıza cavab verilmədi.





















Xəbər 3783 dəfə oxunub.




26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +