“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


11.08.2025  14:03 

907-ci düzəlişin ləğvi Azərbaycana nə vəd edir?





A+  A-

"Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də 907-ci düzəlişin ləğvi oldu. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı”na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi. Beləliklə, 33 il sonra, Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində sözügüdən düzəliş artıq qüvvədə deyil”.

XəzərNews.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz şərhində bildirib.

Onun sözlərinə görə, bu düzəlişin ləğvi Azərbaycan üçün yalnız strateji və siyasi əhəmiyyət daşımır, eyni zamanda iqtisadi aspektdən də vacib hesab olunur:

"Bu addım ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımlarının həcmini artıracaq. 2024-cü ildə Azərbaycan ABŞ-dən cəmi 20 milyon dollar yardım alıb. Həmin il Ermənistan 92 milyon dollar, Gürcüstan isə 180 milyon dollarlıq Vaşinqton yardımından faydalana bilib. Göründüyü kimi, ötən il Azərbaycanla müqayisədə Ermənistana 4.6 dəfə, Gürcüstana isə 9 dəfə çox ABŞ yardımı ayrılıb. 2024-cü ildə Ukrayna ABŞ-dən ən çox yardım alan dövlət olub. Rusiya ilə müharibə aparan ölkəyə il ərzində 16.4 milyard dollar ayrılıb. Efopiya, İordaniya, Somali və Konqo daha çox yardım alan ilk beşliyi tamamlayıblar. Azərbaycanın da artıq ABŞ yardımlarından daha böyük həcmdə faydalanacağı gözlənilir. Bu fərqli sektorlarda Vaşinqton yardımından istifadə imkanları deməkdir”.



Deputat qeyd edib ki, bütün bunlarla yanaşı, bu düzəlişin ləğvinin Azərbaycan və ABŞ strateji tərəfdaşlığının güclənməsinə xüsusi təsirləri var:

"Aydındır ki, bu, artıq iki ölkə arasında münasibətlərin strateji xətt üzrə inkişaf etdiyindən xəbər verir. Eyni zamanda, düzəlişin ləğvi Azərbaycana ABŞ-dən daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Özəl şirkətlər də aktiv şəkildə sərmayə qoyuluşlarında maraqlı olacaqlar. Bu addım qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq və Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq.

Bu kontekstdən, düzəlişin ləğvi fonunda ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Birləşmiş Ştatlar texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, Vaşinqtonun iqtisadi fəallığı deməkdir. Bütün bunlar ondan xəbər verir ki, 907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiq etməklə yanaşı, ölkəmizdə dayanıqlı iqtisadi inkişafa töhvə verəcək”.


Xəbər 132 dəfə oxunub.



11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +