Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


16.07.2019  10:03 

“Sədərək”də “böyük təmizlik” - Saxlanılanlar var





A+  A-

Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazadan külli miqdarda oğurluq olub.
XəzərNews.az bildirir ki, bununla bağlı Oxu.Az-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, mağazanın sahibi 46 yaşlı Elçin Ələsgərov yuyucu toz satılan obyektindən oğurluq olduğunu müəyyən edib.

E.Ələsgərov bununla bağlı 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, mağazada satılan yuyucu tozlar bu ilin martın 1-dən yoxa çıxmağa başlayıb və bu “sirr” iyulun 13-nə kimi davam edib. Bu üsulla mağazadan 44 min 500 manatlıq yuyucu toz oğurlanıb.

Aparılan əməliyyat tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bunlar mağazada işləyən 23 yaşlı Asif Abbasov və 25 yaşlı Tural Abbasovdur.

Bildirilib ki, mallar satılmaq məqsədilə oğurlanıb. Oğurluq faktı ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər 3311 dəfə oxunub.



22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +