Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


22.08.2025  12:47 

Azərbaycan kimdən təhlükə gözləyir?





A+  A-

İlham Əliyev birmənalı danışır. Açıq şəkildə deyir ki, Azərbaycana qarşı müharibə etmək istəyən qüvvələr var. Ona görə də “həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb”.

Aydındır ki, Azərbaycan nə Ermənistandan, nə də Gürcüstandan təhlükə gözləmir. Türkiyə ilə qardaşıq. Yerdə qalır Rusiya və İran. Mən İranın Azərbaycana hücum edəcəyinə inanmıram. Hətta Qum mollaları da bu qədər axmaqlıq edə bilməz. Yerdə qalır bircə Rusiya. Rusiyadan isə hər cür yaramazlıq gözləmək olar. Əslində mən heç Rusiyanın da Azərbaycana hücum edəcəyini düşünmürəm. Ancaq ABŞ Rusiya anlaşması reallaşsa, bu, mümkün ola bilər.

O gün yazmışdım ki, mən Rusiya-Ukrayna müharibəsinin bitməsini istəmirəm. Rusiyanı Ukraynada bitirmək lazımdır. Ukraynadakı dostlarımız bu mövqeyə etiraz etdilər. Mən onları da başa düşürəm. Ancaq mövcud olduğumuz dünyanın hazırkı reallığı belədir ki, Rusiya Ukrayna savaşına nöqtə qoysa, başqa ölkələrə, xüsusən Azərbaycan və Qazaxıstana hücum edə bilər. Rusiyanın Ermənistanda çevriliş etməsi də elə Azərbaycana, bütövlükdə isə Türk Dünyasına hücum kimi bir şey olardı.
Yəni vəziyyət son dərəcə mürəkkəbdir. Ona görə də silahlanmaq və hərbi baxımdan güclənmək lazımdır.

Mən Türkiyə hərbi sənayesində baş verən inqilabi dəyişiklikləri təqdir edirəm. Bu barədə çox yazmışam. Ancaq Türkiyədə də vəziyyət yaxşı deyil. Niyə? Çünki dronlar istisna olmaqla digər silahların əksəriyyəti sınaqlardan keçib. Demək olar ki, bütün sahələrdə çox ciddi irəliləyiş var. Problem ondadır ki, həmin silahların kütləvi istehsalına hələ start verilməyib. Ortada olan silahların kütləvi istehsalı üçün Türkiyəyə heç olmasa 3-5 il vaxt lazımdır. Ona görə də Türkiyə başda olmaqla digər türk dövlətləri də hər hansı bir müharibədən qaçmalıdır. Əlbəttə, bizə qətiyyən müharibə lazım deyil. Ancaq üzərimizə gələnin də cavabını verməkdən başqa yol yoxdur.

Milli silah istehsalının nə qədər önəmli olduğunu vurğulamaq üçün sadəcə bir faktı deyim. Türkiyə Böyük Britaniyadan torpedalar alıb. Torpedanı hədəfə doğru yönləndiriblər. Bir azdan bəlli olub ki, atılan torpeda geriyə doğru hərəkət edir. Yəni torpeda verilən hədəfi yox, atıldığı gəmini məhv edəcək. Düzdür, türk mütəxəssislər həmin torpedanı zərərsizləşdirə biliblər. Sonra ingilislər and-aman edib ki, torpedanın proqramının yazılışında yanlışa yol veriblər. Türkiyə tərəfi isə əmindir ki, bunu bilərəkdən belə ediblər.

Sözümün canı o ki elə bir zəmanədə yaşayırıq ki, ixrac edilmiş əcnəbi silaha da etibar etmək çətindir.

Ona görə də ehtiyatlı olmaq gərəkir. Mən keçən dəfə də yazmışdım. Rusiyanı Azərbaycana qarşı daha aqressiv edə biləcək məsuliyyətsiz bəyanatlardan çəkinmək lazımdır. Rusiyanı hədələmək, Moskvaya barmaq silkələmək yolverilməzdir. Belə işlər emosiya ilə, hay-küylə olmur...

Elbəyi Həsənli
Sürix


Xəbər 286 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +