İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


16.06.2021  16:48 

“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq” - Türkiyə Prezidenti





A+  A-

“Qarabağın azad edilməsi Azərbaycanın 30 ilinin ən mühüm hadisəsidir”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, 30 illik qanayan yara sağalıb: “Qafqazda olan sülh və əmin-amanlıqdan bütün bölgə ölkələri qazanacaq. Biz də sülhün təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq. Bu işdə maddi-mənəvi itirən tərəf Qarabağda yaşayan insanlardır. 30 il azəri qardaşlarım öz evlərindən qaçqın hal gəldilər. Oralar işğal altında idi. 30 il sonra bu torpaqlar sahiblərinə qovuşdu.

Böyük liderlik göstərərək bu zəfəri Azərbaycana qazandıran hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərin yanında Qarabağda zəfərə çatmaq üçün tək yumruq, tək ürək olan Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Qarabağın azadlığı üçün mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərə Allahdan rəhmət diləyirəm.

Bu savaşda Türkiyə bütün qəlbi ilə Azərbaycanın yanında yer alıb. Bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Biz gələcəkdə bir və bərabər olacağıq”.

Xəbər 3896 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +