Mehdiyevin kürəkəninə ağır ittiham... - Hər il 10 milyon manatı ölkədən çıxarır
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


29.09.2025  15:38 

Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq





A+  A-

“İranın nüvə proqramını davam etdirməsində israrlı olması və 12 günlük müharibədə məğlubiyyətə baxmayaraq öz şərtlərindən geri çəkilmir. Artıq, Avropa İttifaqı Şurası “Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya, Fransa) ardınca İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaların bir qismini bərpa etmək barədə qərar verib. Həmçinin BMT İrana qarşı sanksiyaları dəstəkləyir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Məhəmməd Əsədullazdə çıxış edib.

Politoloq qeyd edib ki, İranın mühafizəkar kəsimi Qərblə danışıqlarda maraqlı olmadıqlarını, prezident M.Pezeşkianın açılım siyasətinin qarşısını aldılar:

"Elə bir vəziyyət yaratdılar ki, prezident BMT kürsüsündən mühafizəkarların yazdığı mətni oxumalı oldu. İrana sanksiyaların tətbiqi ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu sanksiyalar əvvəlki sistemdən fərqlidir. Çünki, İran əvvəlki sanksiyalardan yayına bilirdi. Kölgə ticarətini inkişaf etdirmişdir. Hazırda Qərb kölgə iqtisadiyyatını hədəfə almaqla İranın "nəfəsliklərini" tutacaq. Tətbiq olunmuş sanksiyalar rəsmilərlə birgə İranın əsas iqtisadi sahələrini əhatə edir. Bu sanksiyalara rəğmən İran mühafizəkar sistemi geri addım atmayacaq. Prezident M.Pezeşkian üçün mənfi bir proses başlayır".

M.Əsədullazadə qeyd edib ki, İrana tətbiq olunan sanksiyalar Azərbaycan -İran iqtisadi və nəqliyyat əlaqələrinə də təsir edə bilər:

"İranın "Araz" dəhlizini Orta dəhlizin əsas seqmentinə çevirmək planı uğursuz olacaq.
İranda xalqın ayağa qalxması isə gözlənilmir. Çünki, 12 günlük müharibəni mühafizəkar sistem öz lehinə çevirə bildi. Azərbaycan-İran əlaqələrinə gəldikdə isə, bu orta gərginlik xətti ilə davam etməsi gözlənilir. Xüsusilə, rəsmi Tehran Azərbaycanla yüksək səviyyədə münasibətlərin strateji müttəfiqlik səviyyəsində maraqlı deyil".

Xəbər 324 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +