İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


09.03.2021  15:58 

Ermənistan Prezidenti Bakıda olub? - Rəsmi İrəvandan açıqlama





A+  A-

Ermənistan Prezidentinin Administrasiyası Prezident Armen Sarkisyanın ötən ilin noyabrında Bakıda səfərdə olması barədə iddialarla bağlı açıqlama yayıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, açıqlamada Sarkisyanın Bakıya səfəri barədə məlumatlar təkzib olunub:

“Bəzi KİV orqanlarında guya Armen Sarkisyanın noyabrın 17-də Bakıda olduğu barədə xəbərlər yayılır. Bu, açıq yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də digər günlərdə Bakıda olmayıb”.

Qeyd edək ki, daha öncə “İravunk” qəzeti Makedoniyanın Ermənistandakı fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, A. Sarkisyan noyabrın 17-də Bakıda səfərdə olub.

“Prezidentdən soruşun, noyabrın 17-də Bakıda nə edirdi”, - deyə Araik Sarkisyan soruşub.



Xəbər 3781 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +