İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


16.09.2020  09:07 

BƏƏ və Bəhreyn İsraillə sazişi imzaladı





A+  A-

İsrailin Baş Naziri Benyamin Netanyahu, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər naziri Abdulla bin Zayd əl-Nahayyan, Bəhreynin XİN rəhbəri Əbdül Lətif əz-Zəyani ABŞ Prezidenti Donald Trampın iştirakı ilə İsraillə əlaqələri normallaşdırmaqla əlaqədar barışıq sazişi imzalayıblar.
XəzərNews.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Ağ Evdə imzalanmış sazişə əsasən, İsrail İordan çayının qərb sahilində məskunlaşma ərazilərinə suverenliyin genişləndirilməsini dayandıracaq. Ölkələrin birgə bəyanatına əsasən, bu addım Yaxın Şərqdə sülhə doğru irəliləməyə imkan verəcək.

Daha əvvəl Tramp bildirmişdi ki, daha 5-6 ölkə İsraillə əlaqələrin normallaşdırılması sazişini imzalaya bilər. Amerikalı lider konkret adlar çəkməsə də, “The Jerusalem Post”un xəbərinə görə, onlar arasında Oman və Səudiyyə Ərəbistanı da var. Ekspertlərin fikrincə, bu proses Yaxın Şərqdəki qonşularının əksəriyyəti üçün təhlükə kimi qiymətləndirilən İranın güclənməsi ilə əlaqəlidir.

Xəbər 3413 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +