İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


01.11.2019  15:08 

Xərçəngə qarşı dərman hazırlandı





A+  A-

Xərçəngə qarşı dərman hazırlandı: İnsanlar üzərində sınaqdan keçirilib.
XəzərNews.az xəbər verir ki, ABŞ və Avstraliyadan olan bir qrup alim xərçəngə qarşı dərman hazırladıqlarını elan edib.

Məlumatlara görə, "AMG 510” adı verilən dərmanın şişləri azaltdığı, onların inkişafına mane olduğu və parçalayaraq yox etdiyi bildirilir. Bu dərmanı alimlər ilk olaraq siçanlar üzərində test ediblər və müsbət cavab alıblar.

Bundan sonra ağciyər xəstəsi olan dörd insan da bu təcrübəyə cəlb edilib. Altı həftəlik müalicədən sonra onların ikisində şişlər əhəmiyyətli dərəcədə azalıb, dərmanın metastazın yayılmasının qarşısını aldığı müəyyən olunub.

Dərman xəstələrin birində şişi 34, digərin 67 faiz azaldıb, heyvanlarda isə bəzi hallarda tamamilə aradan qaldırıb. Siçanların hətta immunitet sisteminin daha da gücləndiyi məlum olub.

Xəbər 3220 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +