İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


01.06.2018  23:26 

Qəbələdə yol qəzası - Ölən və yaralananlar var





A+  A-

Qəbələ rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Vəndam qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Qəbələ şəhər sakini, 1956-cı il təvəllüdlü Əhmədov Şakir Şaban oğlu, eləcə də Monteneqro vətəndaşı, 1990-cı il təvəllüdlü Amanda Besiloviç, Yunanıstan vətəndaşı, 1967-ci il təvəllüdlü Venizelos Dimitrios və adları hələ ki, məlum olmayan daha iki xarici ölkə vətəndaşı ağır bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ Mərkəzi rayon Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq sürücü Şakir Əhmədov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib, əcnəbi yaralılar isə müalicə üçün Bakıdakı Mərkəzi Gömrük Hospitalına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər 3252 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +