Rəqs edən həkim, yenidən iş başında? -VİDEO
ABŞ-ın dövlət borcu rekord həddə...
Biz Tehranda qala bilmərik -Məsud Pezeşkian
Elektrik Stansiyasına edilən hücumlar cavabsız qalmayacaq -Putin
Rusiya bu ölkə ilə viza rejimini ləğv edəcək
Putin SSRİ-nin dağılmasının səbəbini açıqladı
Qarabağda döyüşənlər medallarını qaytarır - VİDEO
Prezidentlər görüşdü -FOTOLAR
Məmləkətin gündəmi “adnanfason”dur - Ekspert
Kilsə uçdu: 30 ölü, 200 yaralı var


02.10.2025  17:02 

Paşinyan niyə “Zəngəzur dəhlizi” yox, “Tramp marşrutu” deyir?





A+  A-

Biz Nikol Paşinyanın Zəngəzur dəhlizini “Zəngəzur dəhlizi” yox, israrla "Tramp marşrutu” adlandırmasına qətiyyən qıcıqlanmamalıyıq. Çünki bu dəhlizin beynəlxalq gündəmdə məhz "TRIPP marşrutu” və ya "Tramp yolu" adlandırılmasına biz özümüz razılıq vermişik.

Ermənistanın baş nazirinin BMT-dən sonra AŞPA-dakı çıxışında da "Zəngəzur dəhlizi" ifadəsindən narazılıq ifadə etməsinin onun Rusiyaya səfəri zamanı Vladimir Putinin "Tramp marşrutu"nu həyata keçirməyi qadağan etməsi ilə heç bir əlaqəsi yoxdur.

Putin öz-özlüyündə çox şey istəyə bilər, lakin Paşinyanın "Zəngəzur dəhlizi" ifadəsinə qarşı çıxıb, bu dəhlizi "TRIPP marşrutu" adlandırması ilk növbədə daxili auditoriyanın, erməni ictimaiyyətinin narahatlığından qaynaqlanır.

Məsələ burasındadır ki, şər yuvası olan kilsənin, Köçəryan-Sərkisyan tandeminin rəhbərlik etdiyi radikal müxalifətin və xaricdəki millətçi erməni lobbisinin qızışdırıcılığı nəticəsində hazırda Nikol Paşinyana Zəngəzur dəhlizi ilə bağlı həm daxildən, həm də xaricdən olduqca güclü təzyiqlər var. Sıravi ermənilərin bir çoxu "Zəngəzur dəhlizi"ni Ermənistanın ərazi itkisinə məruz qoyulması kimi qavrayırlar. Paşinyan da məhz bununla əlaqədar olaraq erməniləri Azərbaycanda səsləndirilən “Zəngəzur dəhlizi” ifadəsinə görə narahat olmamağa çağırıb.

Nikol Paşinyan parlamentdəki çıxışında 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar barədə danışarkən "Zəngəzur dəhlizi" məsələsinə də münasibət bildirib və deyib ki, "biz sənədləri imzalamışıq, paraflamışıq. Bu sənədlərdə olmayan ifadələr işlədiləndə sual yaranır: onlar haradandır?".

Həmin sənədlərdə “Zəngəzur dəhlizi” ifadəsinin olmadığını bildirən N.Paşinyan qeyd edib ki, Ermənistanda adları Ermənistan müəyyən edir, Azərbaycanda isə onları Azərbaycan müəyyənləşdirir.

Paşinyan onu da əlavə edib ki, "Azərbaycanda “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etmək isstəyirlərsə, qoy etsinlər".

Onun sözlərinə görə, bunun Ermənistan ərazisi ilə heç bir əlaqəsi yoxdur:

"Onlar yola ad vermək istəyirlər - biz özümüzdən soruşmalıyıq: bunun bizim üçün əhəmiyyəti varmı? Bağışlayın, onlar yolu hətta "Albert Eynşteyn" adlandırmağa qərar verə bilərlər - qoy bunu belə adlandırsınlar. Bunun Ermənistanın suveren ərazisi ilə heç bir əlaqəsi yoxdur. Mənim imzalı sənədim var", - o əlavə edib.

Paşinyan aydınlaşdırıb ki, Azərbaycanda “Zəngəzur dəhlizi” dedikdə, Ermənistanla sərhəd keçid məntəqəsinə qədər uzana biləcək Horadiz-Zəngilan yolunu nəzərdə tuturlar: ""Horadiz-Zəngilan yolu" ifadəsi daha uzundur, ona görə də “Zəngəzur dəhlizi” deyirlər, qoy desinlər, problemimiz yoxdur. Razılaşdırılmış ad isə "TRIPP marşrutu"dur”.

Paşinyan, həmçinin AŞPA-dakı çıxışından sonra avropalı jurnalistin sualında "Zəngəzur" sözünü işlətməsinə də kəskin reaksiya verib: "Siz "Zəngəzur dəhlizi" ifadəsini işlədirsiniz, bunu haradan götürmüsünüz? Ermənistanla Azərbaycan arasında razılaşdırılmış heç bir sənəddə belə bir ifadə yoxdur. Vaşinqtonda razılaşdırılmış terminologiyadan - "Tramp yolu" adından istifadə olunmalıdır. Mən öz çıxışlarımda Vaşinqtonda qəbul edilmiş sənədlərdə olmayan ifadə işlətmirəm".

Beləliklə, Paşinyan demək istəyib ki, Vaşinqtonda əldə olunmuş razılaşmalardan əvvəlki dövrdə bu dəhliz "Zəngəzur dəhlizi" adlansa da, lakin 8 avqust razılaşmasından sonra dəhlizin rəsmi adı artıq "TRIPP marşrutu"dur, "Tramp yolu"dur.

Prezident İlham Əliyev də həmin sənədə Donald Tramp və Nikol Paşinyanla birgə imza atıb. Bu da o deməkdir ki, biz özümüz də Zəngəzur dəhlizinin bundan sonra "TRIPP marşrutu" adlandırılması ilə razılaşmışıq.

Ona görə də indi Paşinyanın Zəngəzur dəhlizinə “Zəngəzur dəhlizi” yox, "TRIPP marşrutu" deməsinə qətiyyən qıcıqlanmamalı və bunu Ermənistanın baş nazirinin Zəngəzur dəhlizinə yeni ad tapması və ya Paşinyanın bu ifadəyə etiraz etməklə özünə qarşı istifadə edilə biləcək "torpağı güzəştə gedir" ittihamlarından qaçmağa çalışması kimi, eləcə də onun Moskvaya səfərindən sonra Zəngəzur dəhlizi ilə bağlı ritorikasını kəskin şəkildə sərtləşdirməsi kimi dəyərləndirməməliyik. Adam sadəcə deyir ki, Vaşinqton razılaşmasında dəhlizin adı necə yazılıbsa, məhz həmin addan istifadə etməliyik.

P.S. Biz dəhlizin adının "TRIPP marşrutu" və ya "Tramp yolu" adlandırılmasını istəmiriksə, gələcəkdə bu adın dəyişdirilməsi və sözügedən dəhlizin məhz "Zəngəzur dəhlizi" adlandırılması məsələsini yenidən qaldıra bilərik.

Bəybala Mirzəyev

Xəbər 431 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı

02.10.2025  14:26 

Teleqram ödənişli OLDU


BÜTÜN XƏBƏRLƏR +