İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


17.07.2025  11:59 

Rusiyada azərbaycanlı deputat istefaya göndərildi





A+  A-

Rusiyada azərbaycanlı deputat Xalid Tağızadə istefaya göndərilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.

Qeyd edilib ki, Rusiyada Xantı-Mansi Muxtar Dairəsinin Duması onun Yuqranın miqrantların vətəni olması ilə bağlı qalmaqallı fikrinə görə istefasını qəbul edib. Artıq onun istefası ilə bağlı səsvermənin başa çatdığı bildirilir:

“Deputatlar dünən və bu gün səs verdilər. İstefa qəbul olundu, qətnamənin təsdiqlənməsi və dərc edilməsi gözlənilir”.

Mənbənin yazdığına görə, prokurorluq X. Tağızadənin ifadəsində heç bir qanun pozuntusu aşkar etməyib. Həmçinin ekspertlər onun Yuqranın miqrantlar üçün mümkün vətəni kimi ifadəsində heç bir ekstremizm əlaməti olmadığını vurğulayıblar:

“Səbəblərdən biri onun parlament intizamına zidd olaraq ədalətsiz cəzalandırılması ilə bağlı açıq bəyanatları ola bilərdi”.

Deputat özü hələ ki istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyib.

Daha əvvəl isə deputat Xalid Tağızadənin Dumada Sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən və maaşından məhrum edildikdən sonra istefa ərizəsi yazdığı deyilirdi.

Xəbər 1176 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +