İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


17.07.2025  10:42 

Azərbaycan və Qazaxıstan XTQ mənsubları arasında görüş keçirilib





A+  A-

Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda keçirilən görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.

Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Xəbər 863 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +