Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


19.09.2025  15:51 

Məktəb direktorunun diplomu saxtadır? - İDDİA





A+  A-

Valideynlərdən pul yığılması ilə gündəmə gələn Nizami rayonundakı 250 nömrəli məktəbin direktoru Əliyeva Gülanə Bayandur qızının diplomunun saxta olduğu iddia edilir.

O, 2015-ci ildə fəaliyyəti dayandırılan Azərbaycan Müəllimlər İnstitutunu bitirib. İddialara görə, Gülanə Əliyeva sözügedən ali məktəbə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanından kənar qəbul olunub.

Qeyd edək ki, Gülanə Əliyeva 02 avqust 2023-cü ildə 250 nömrəli tam orta məktəbin direktoru təyin edilib. Məsələ ilə bağlı onunla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə bildirdi ki, bu cür fərdi məlumatlar yalnız məhkəmə qərarı ilə ictimaiyyətə açıqlana bilər:
"Ya da diplomu verən Elm və Təhsil Nazirliyinə müraciət edə bilərsiniz"./Qaynarinfo

Xəbər 593 dəfə oxunub.




19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +