Ukraynanın keçmiş xarici işlər naziri ölkəni niyə tərk edib?
İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi
“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır


08.09.2025  11:17 

İranın Ermənistan sevdası: Uğursuz layihələrin davamı





A+  A-

İranın Yol və Şəhərsalma nazirinin müavini, İran Dəmir Yolları İdarəsinin rəisi Cabbarəli Zəkəri Sankt-Peterburqda keçirilən tədbirdə Ermənistanın Dəmir Yolları İdarəsinin yəni Rusiyanın konsension idarəçiliyində olan “Cənubi Qafqaz Dəmir Yolları” İdarəsinin rəisi İqor Melnikovla görüşdü. İ.Melnikov İrana Ermənistanda dəmir yolu tikməyə icazə verib. İran tərəfi bunu sevinclə alqışladı. İranla Ermənistan arasında Şimal-Cənub magistralının, bu magistralda dəmir yolunun tikintisi ilə bağlı dastan yazmaq olar. İranın bacarıqsızlığı, imkansızlığı və maliyyəsizliyi ucbatından alınmadı. İndi İran sevinir ki, Ermənistan ona dəmir yolu tikməyə icazə verə bilər.

Bir az əvvəl İran Ermənistanın elektrik enerjisinin bolluğunu təriflədi. Orada AES var, elektrik enerjisi boldur və artığını İrana verəcəkdir. Ermənistanda elektrik enerjisinin qıtlığı var. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanda 3 problem yaranıb:

I. Taxıl qıtlığı.
II. Su qıtlığı.
III. Elektrik enerjisi qıtlığı.

Bütün bunların hamısı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistana gəlirdi. İndi İranın gözünə Ermənistan elektrik enerjisi cəhətdən bol görünür. Bir az əvvəl N.Paşinyanın hakimiyyəti dövründə İran uzun müddət fikirləşdikdən sonra Rusiya ilə elektrik enerjisini Azərbaycan vasitəsilə sinxronlaşdırmağı qərarlaşdırdı. Belə qərar qəbul etmə prosedura çox uzun çəkdi. Səbəb İranın Azərbaycan vasitəsilə elektrik xətlərini birləşdirməmək niyyəti idi; Rusiya, Ermənistan və Gürcüstan vasitəsilə əlaqələnmək istəyirdi. Həm də Azərbaycanda elektrik enerjisi çoxdur, İranda o vaxt da xroniki elektrik enerjisinin çatışmazlığı var idi.

Bundan da bir az əvvəl İranda sevindilər ki, Ermənistan İrandan maye qaz alacaq. İranın “Cənubi Qafqaz marşrutu” adlı Ermənistana verdiyi təklif Gürcüstanı narahat etdi. Gürcüstan Ermənistanla logistikaya daha ciddi yanaşdı. Çünki Ermənistanın təklif etdiyi logistika “Cənubi Qafqaz marşrutu” siyasiləşmiş idi. Buna görə Ermənistanda maye qaz qıtlığı yarandı. İran da sevindi ki, qazımı satacağam. Ermənistanla İran arasında “qaz əvəzinə, elektrik” mübadiləsi proqramı var. Bunu İran Ermənistana qazanc mənbəyi kimi reallaşdırır. 1m3 qaz 3 kVt elektrik enerjisinə dəyişilib İrana qayıdır.

İranın qonşu dövlətlərlə münasibətində tək Ermənistanın ümidinə qalması, İran Ermənistanı “Allah”, “Peyğəmbər”, “İmam” hesab etməsi qonşu dövlətlərin problemi deyil, bu İranın öz problemidir. Hətta Misirə gedən diplomatını da aeroportdan oğurlayıblar, yoxa çıxarıblarmı. Qətərlə xeyli problemləri var.

İranın indiki davranışını gələcək nəsillərdən gizlətsələr yaxşıdır. Çünki xaricdən, kənardan biz nə bildiririksə İran düşmən sözü kimi qəbul edir. İranın gələcək nəsli axır bu şeyləri fikirləşəcək. Niyə görə İran bu günə düşüb?!. Bəlkə də İranın indiki rəhbərliyi gələcək nəslini yaranmamış məhv etmək barədə planlar hazırlayır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq



Xəbər 676 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +