İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


16.04.2019  17:23 

Məhkəmə direktorla bağlı qərar verdi





A+  A-

Bu gün Səbail rayon məhkəməsində 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasovanın məhkəməsi olub.
XəzərNews.az xəbər verir ki, S. Abbasova artıq məhkəməyə gətirilib və hakim qarşısına çıxarılıb.

***

Bakı Şəhər Prokurorluğu da hadisəylə bağlı növbəti məlumatı yayıb. Bildirilir ki, 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətinin ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib.

Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 2702 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +