Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...
Rusiyanın davranışı Türkiyəni hərəkətə keçirdi: Bu ölkəyə görün nə göndərib
Ukrayna bayraqları bu ölkədən yığışdırılır
Trampın ritorikası və Azərbaycanın maraqları...
Daha bir plastik cərrahla bağlı cinayət işi açılıb
Avropa və NATO-nun “vuran əli” – Türkiyə
“Adnan işi“ SOCAR-ı silkələyir: İndi hədəf odur...
Trampın milyonçu övladları: Onlar pulu necə qazanır?
“Avant Group”un 3 əməkdaşı saxlanıldı


25.09.2025  15:04 

Gələn ilin dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək





A+  A-

Sentyabrın 25-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və Hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş geniş iclas keçirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti (NK) məlumat yayıb.

Bildirilib ki, “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq, “2026-cı il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri və 2026-cı il və növbəti üç il üzrə sosial-iqtisadi inkişaf proqnozları” aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.

Sözügedən layihələr iclasda müzakirə olunub.

Baş nazir Əli Əsədov növbəti ilin dövlət büdcəsi layihəsinin əsas göstəriciləri barədə ətraflı məlumat verib.

İclasda maliyyə naziri Sahil Babayevin “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında”, iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin “2026-cı il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri barədə” məruzələri dinlənilib.

Daha sonra Baş nazir qarşıda duran əsas vəzifələri və tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasın yekununda “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” barədə layihələrin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

Xəbər 123 dəfə oxunub.




25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...

25.09.2025  12:03 

Mal-qara oğrusu saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +