İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


31.08.2025  14:22 

Ermənistan Çinin Tayvanla bağlı mövqeyini dəstəklədiyini bəyan edib





A+  A-

Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir, Ermənistan istənilən formada Tayvanın müstəqilliyinə qarşıdır.

XəzərNews.az "Report"a istinadla xəbər verir ki, bu barədə Ermənistan və Çin arasında strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyanatda bildirilib.

"Ermənistan tərəfi dünyada yalnız bir Çin olduğunu qəbul edərək, "Vahid Çin" prinsipini dəstəkləmək mövqeyini bir daha təsdiqləyir. Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir", - Ermənistan hökumətinin saytında dərc olunan bəyanatda vurğulanır.

Bundan əlavə, Ermənistan və Çin sənaye, informasiya və telekommunikasiya, kənd təsərrüfatı, enerji, süni intellekt kimi sahələrdə əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı investisiyaları daha da artırmağa hazır olduqlarını bildirib.

"Tərəflər informasiya texnologiyaları, innovasiyalar və süni intellekt sahələrində əməkdaşlığın vacibliyini vurğulayır və innovasiya mərkəzlərinin, elmi-texnoloji parkların, birgə tədqiqat mərkəzlərinin yaradılmasını asanlaşdırmağa hazır olduqlarını bildirirlər", - məlumatda diqqətə çatdırılıb.

Xəbər 1237 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +