Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


29.09.2025  12:25 

Prezident: “Dərhal vurmayacağıq”





A+  A-

Finlandiya prezidenti Aleksander Stubb ölkəsinin hava məkanını pozan naməlum obyektlərin dərhal vurulmasına göstəriş verməyəcəyini bildirib.

XəzərNews.az xəbər verir ki, o, bu barədə sentyabrın 29-da CNN telekanalına müsahibəsində danışıb.

Müsahibə zamanı jurnalist Finlandiya liderinə ABŞ prezidenti Donald Trampın NATO üzvlərinə ünvanladığı çağırışı xatırladıb. Tramp daha əvvəl bəyan etmişdi ki, alyans ölkələri öz hava məkanını pozan hədəfləri dərhal vurmalıdır.

Stubb isə belə bir addımın atılmayacağını deyib və bunun konkret vəziyyətdən asılı olacağını vurğulayıb. Onun sözlərinə görə, hava hədəfləri ilə bağlı qərarları Finlandiya hərbçiləri verəcək:

“Düşünürəm ki, bu, ABŞ prezidentinin çəkindirici ritorikasının bir hissəsidir. Rusiya ilə münasibətlərdə kök və çubuq yanaşması mövcuddur. Əvvəlcə dialoqu sınadıq, indi isə prezident Tramp çubuq göstərir. Təyyarələrin vurulması ilə bağlı bəyanat da bunun bir hissəsidir”, – deyə Stubb bildirib.

Finlandiya prezidenti həmçinin qeyd edib ki, Rusiya qeyri-legitim prezident Vladimir Putinin rəhbərliyi ilə Avropaya qarşı hibrid müharibə aparır və NATO ölkələrinin reaksiyasını mütəmadi olaraq yoxlayır.

Onun fikrincə, belə hallarda əsas məsələ sakitliyi qorumaq, müdafiə qurmaq və “çox şiddətli reaksiya göstərməməkdir”. Stubb həmçinin Finlandiyanın Rusiya ilə müharibə aparmadığını xüsusi vurğulayıb.

Xəbər 3426 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +