Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


24.07.2021  12:10 

Daha bir ölkədə daşqın təhlükəsi - Əhali təxliyyə olundu





A+  A-

Filippinin paytaxtında 13.2 min sakin təxliyə edilib.
XəzərNews.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, təxliyyə olunanlar ölkə paytaxtı Manilanın şərqində Marikina çayı boyunca yaşayan sakinlər olub.

Buna səbəb isə ölkədə musson yağışları səbəbindən çayda suyun səviyyəsinin xeyli artmasıdır. Belə ki, güclü yağışlar səbəbindən Marikina çayında suyun səviyyəsi 16.4 m-ə çatıb.

Məlumata əsasən, daşqın təhlükəsi gözlənilən yaşayış məntəqələrinin sakinləri daha təhlükəsiz ərazilərə köçürülüb.

Qeyd edək ki, son həftələr dünyanın bir neçə ölkəsi təbii fəlakətlə üzləşir. Güclü yağışlar səbəbindən Çin, Hindistan və Qərbi Avropanı sel basıb. Şimali Amerikada isə bunun əksinə anomal istilər müşahidə edilir. Bütün bu hadisələr isə iqlim dəyişikliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirir.

Xəbər 3594 dəfə oxunub.



08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +