Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


08.10.2025  15:11 

“Bakı Metropoliteni”-nin şöbə rəisi vəzifəsindən atıldı





A+  A-

"Bakı Metropoliteni” QSC-nin şöbə rəisi işdən çıxıb.

XəzərNews.az xəbər verir ki, “Bakı Metropoliteni”nin İnsan hüquqları departamenti daxilində şöbə rəisi vəzifəsində çalışan Rüfət Qədeşov öz xahişi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, R.Qədeşov daha öncə Metropolitenin Təlim Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb. Metronun hazırkı rəisi Vüsal Aslanov ötən ilin dekabr ayında vəzifəsinin icrasına başladıqdan bir neçə ay sonra R.Qədeşov Mərkəzin direktoru vəzifəsindən azad edilərək şöbə rəisi vəzifəsinə təyin olunub.

R.Qədeşovdan öncə bu il Metropolitendə rəhbər vəzifələrə təyin edilmiş daha bir neçə şəxs də işindən ayrılıb. Belə ki, bu ilin avqust ayında metronun Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Satınalmalar departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb. Adıçəkilən şəxslər həmin vəzifələrə cari ilin mart ayında təyin olunmuşdular. Hər iki şəxs bu vəzifəyə qədər digər şirkətlərdə rəhbər mövqelərdə çalışıblar.

Əlavə olaraq qeyd edək ki, “Bakı Metropoliteni”ndə son dövrlər işçilərə əmək haqqlarının verilməsi ilə bağlı narazılıqlar yaşanır. Mətbuatda yayılan məlumatlara görə, bu ilin yanvar ayından metro əməkdaşlarının əmək haqqı artımları ödənilmir. Məsələ ilə bağlı qurumdan verilən açıqlamada əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələrin aparıldığı bildirilib.//Apa

Xəbər 1013 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +