Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


17.05.2021  10:43 

Əli Laricani prezidentliyə namizəd oldu





A+  A-

İran Parlamentinin keçmiş sədri Əli Laricani 18 iyun tarixində keçiriləcək 13-cü prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.
XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tehranda Daxili İşlər Nazirliyinin binasındakı seçki mərkəzində qeydiyyatdan keçən Laricani açıqlama verərək ölkənin problemlərinin populist və şou məqsədli addımlarla həll edilə bilməyəcəyini söyləyib.

Son bir həftədə namizəd olmağa qərar verdiyini və seçkilərə mühafizəkar və ya islahatçı qanadın dəstəyi ilə deyil, müstəqil olaraq qatılacağını söyləyən Laricani özünün quracağı hökumətin Prezident Həsən Ruhaninin davamı olmayacağını vurğulayıb.

Ölkə hakimiyyətinin ekstremistlərin və güzəştə gedənlərin əlinə keçməməsinin vacibliyini qeyd edən Laricani deyib:

"Beynəlxalq siyasət sahəsi emosional olaraq sərt şüarlarla sakitləşmir. Arzu edilən rəhbərlik daha az şüar və güclü hərəkətlərlə olar".

Laricani ilə yanaşı keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Tahran Vilayət Məclisinin sədri Möhsin Haşimi və Təbriz millət vəkili Məsud Pizişkiyan da namizədlik üçün müraciət ediblər.

Xəbər 3630 dəfə oxunub.



08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +