Ukrayna ordusu Dobropol istiqamətində irəliləyir
Tramp Rusiyanı “təcavüzkar” adlandırdı - İlk dəfə
Sabahın havası: Bakıda buludlu, rayonlarda yağış olacaq
Deputat rektorları tənqid etdi
Azərbaycanın ərazi bütövlüyünü tanıdım ki...-Paşinyan etiraf etdi
TƏBİB-in sistemi çöküb -FOTOLAR
Məhəmməd Mirzəliyə hökm oxundu
İstintaq müddətində ölkəni tərk edib?
Qərbi Azərbaycan İcması (TV) nə demək istəyir?
Müdafiə Nazirliyindən əhaliyə çağırış


15.09.2025  12:05 

İsrail və İran Azərbaycanda... – Və yaxud da Vilayətinin “şiə ləyaqəti” - TƏHLİL





A+  A-

İran ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti yəhudi ravvinlərin Bakıda ehtimal olunan toplantısına reaksiya verdi. Ehtimal ki, bu reaksiya mətbuatın deyil, birbaşa onun şəxsi təşəbbüsünün nəticəsidir. Çünki İranda anti-Azərbaycan mövqelərini diri saxlamaq üçün daim yeni “yanacaq” lazımdır. Bununla belə, mətbuatın rolunu da istisna etmək olmaz.

Belə ki, Ə.Vilayətinin adından yayılan bu şərhi “Mehr” İA-dan əlavə “Səhər-Azəri” kanalı da tirajladı və “şiə ləyaqətinə qarşı” ifadəsini əlavə etdi. Azərbaycana qarşı fəaliyyət göstərən bu media qurumları birbaşa ali rəhbərin ofisi tərəfindən idarə olunur. Həmin ofisdə də bu mövzularda əsas söz sahibi məhz ali rəhbərin müşaviri Ə.Vilayətidir.

Əslində ravvinlərin bu gün Bakıda toplantı keçirməsi neytral hadisədir. Qərar çoxdan qəbul olunmuşdu. İranın düşüncəsinə görə, yəhudilərin hamısı sionizmi və Netanyahunu dəstəkləmir. Hətta fələstinlilərə dəstək verən yəhudi icmaları da mövcuddur. Bu baxımdan, Bakıdakı tədbirdə ravvinlərin İsrail rəhbərliyinin hazırkı siyasətini tənqid etməsi də mümkündür.

Bununla yanaşı, İsrailin Qətərə qarşı hücumlarından İran sui-istifadə edir. Azərbaycanın mövqeyi isə bəllidir: biz artıq Qətərlə yeni əməkdaşlıq müqaviləsi imzalamışıq. Bu əməkdaşlıq sayəsində Yaxın Şərqdə neft və qaz hasilatından tutmuş emalına qədər bütün zəncir üzrə inqilabi mərhələ başlaya bilər. Azərbaycan bu istiqamətdə Qətərlə paralel hərəkət edəcək.

Beləliklə, aydın görünür ki, Ə.Vilayətinin çıxışının hədəfi ravvinlər mövzusu deyil, daha çox anti-Azərbaycan ritorikasının gücləndirilməsidir. Biz Azərbaycan–İsrail münasibətləri ilə bağlı bir neçə məqamı onun diqqətinə çatdırmaq istərdik:

I. İran Azərbaycan Respublikasında fəal mövcudluğa malik olduğu, Sepahın açıq fəaliyyətdə olduğu dövrlərdə ölkəmizdə nə İsrail, nə də başqa Qərb dövlətləri var idi.

II. İsrailin Azərbaycana real marağı 1997-ci ildən başladı. Bu barədə məlumatlar İran mənbələrində də yer alıb və bizim bilgilərimizdən çox da fərqlənmir. Aviqdor Liberman İsrailin xarici işlər naziri olarkən Bakı ilə sıx əlaqələr qurdu. O, keçmiş bakılı olduğu üçün Azərbaycanla münasibətlərin dərinləşməsinə xüsusi maraq göstərirdi. B.Netanyahu İsraildə ilk dəfə hakimiyyətə gəldikdə Libermanı XİN rəhbəri təyin etdi və Liberman Bakıya səfər etdi. Danışıqlardan sonra Netanyahunun Bakıya səfəri təşkil olundu. İran mətbuatına görə, həmin səfərdə Zaqulbadakı iqamətgahda Heydər Əliyevlə Netanyahu və Liberman səhərə qədər müzakirələr aparıblar.

III. İran Azərbaycanda mövcud olduğu dövrdə İsrail Azərbaycanda yox idi.

• İranın Azərbaycana humanitar yardımı reallıqdır. Lakin sonradan məlum oldu ki, bu yardımlar islam inqilabı üçün sosial baza yaratmaq məqsədi daşıyırdı.

• 1994-cü il mayın 12-də Azərbaycanın torpaq itkilərini təsbit edən atəşkəs müqaviləsi imzalanarkən ölkəmizə silah verilmir, embarqo tətbiq olunurdu. Ə.Vilayəti unutmamalıdır ki, o vaxt İran qoşunları Azərbaycan ərazisində idi. İran Ermənistan qədər zəif dövlət deyildi, təsir imkanları vardı, amma istifadə etmədi.

IV. 1994-cü il martın 17-də Qarabağ üzərində İran diplomatlarını daşıyan təyyarə ermənilər tərəfindən “Strela” ilə vuruldu. Nəticədə 18 diplomat və 13 texniki heyət üzvü həlak oldu. Təyyarənin Qarabağ üzərindən uçması iranlı diplomatların israrı ilə baş vermişdi – onlar ermənilərin işğal etdiyi ərazilərə “təbrik uçuşu” etmək istəyirdilər. Amma nəticədə ermənilər həmin təyyarəni vurdu. İran isə bu faciəni açıq şəkildə dilə gətirmədi. Həmin dövrdə nazir olan Ə.Vilayəti bu faktı yalnız sonralar etiraf etdi. O dövrdə isə “şiə ləyaqəti” terminindən danışmadı.

V. 1992-ci il mayın 8-də Azərbaycanın strateji mövqeyi olan Şuşa şəhəri işğal edildi. Bu hadisə Tehranda aparılan danışıqlarla eyni vaxta düşdü. Ermənistan prezidenti L.Ter-Petrosyan Tehranda olduğu zaman, R.Köçəryan və S.Sərkisyan Rusiyanın göstərişi ilə Şuşanı işğal etməyə başladılar. İran rəhbərliyi isə buna heç bir reaksiya vermədi. Nəticədə Azərbaycan Tehranın vasitəçilik missiyasına ümid bəslədiyi üçün sanksiyaya məruz qaldı, ermənilər isə faktiki olaraq mükafatlandırıldı.

VI. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı törədildi. Ə.Vilayətinin həqiqi “şiə ləyaqəti” göstərmək imkanı məhz bu mövzuda idi. Amma İran nəinki qınadı, əksinə, sonradan Ermənistana təqribən 3 milyard dollarlıq yardım etdi. Ermənistan prezidentlərinin İran-Ermənistan münasibətləri ilə bağlı etirafları da bu siyasəti təsdiqləyir. Bu, anti-İslam və anti-humanist addım idi.

İsrail–Azərbaycan əməkdaşlığı…

İranın Azərbaycanda apardığı təzyiqlər və dini manipulyasiyalar İsrail–Azərbaycan əməkdaşlığının təməl səbəbinə çevrildi:

1. İsrailin birinci mövzusu Azərbaycanın təhlükəsizliyi idi.

2. İsrail Azərbaycanın üzərində tətbiq edilən silah embarqosunu yardı. NATO və Aİ üzvü olan dövlətlərdən Azərbaycana silah gətirildi və bu, 1997-ci ildən etibarən açıq müstəviyə çıxdı.

3. Ermənistan da formal olaraq silah embarqosu altındaydı, lakin Rusiya artıq onlara 1 milyard dollarlıq silah hədiyyə etmişdi. Belə vəziyyətdə Azərbaycanın çıxış yolu İsraillə əməkdaşlıq idi.

4. İran Kəlbəcərdə Ermənistan üçün HHM bazası yaratmaq istəyirdi, lakin uğursuz oldu. ABŞ isə həmin dövrdə Amulsar və Bərgüşad SES layihələrini nəzarətinə götürdü.

Ermənistan uğrunda həlak olmuş iranlı HHM mütəxəssisləri belə, sonradan Tehranda unuduldu.

Azərbaycan dövləti, xalqı, şiəsi və bütövlükdə müsəlman kimliyi üçün İran hər zaman təhlükə mənbəyi olub. Bu təhlükə aradan qalxmayınca, Azərbaycan İsraillə əməkdaşlığı azalda bilməz. Əksinə, əməkdaşlığın davamlılığı zəruridir.

Bunun üçün:

• İranın bölgədəki mövqeyi zəifləməlidir,

• Azərbaycan güclənməlidir,

• İranda daxili dəyişikliklər baş verməlidir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 375 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.09.2025  14:09 

Deputat rektorları tənqid etdi

15.09.2025  12:50 

TƏBİB-in sistemi çöküb -FOTOLAR

15.09.2025  12:47 

Məhəmməd Mirzəliyə hökm oxundu

15.09.2025  12:37 

Milli Məclisdə iclas keçirilir

15.09.2025  11:14 

Fərid Qayıbov yola salınır?

14.09.2025  21:49 

İndoneziyada güclü zəlzələ

14.09.2025  20:59 

Bu ölkədən Polşaya dəstək

14.09.2025  18:35 

Gəncədə bıçaqlanma hadisəsi

14.09.2025  17:26 

Faktiki hava açıqlandı

14.09.2025  17:06 

ABŞ Cənubi Koreyadan üzr istədi

14.09.2025  17:04 

Prezident Şuşakənddə


BÜTÜN XƏBƏRLƏR +