Nazirin olduğu təyyarə problemlə üzləşdi
İranın cənubunda gəmi batıb
“Müəllimlərə jurnalı, şagirdlərə kitabları pulla satırlar“ - İDDİA
Anar Əlizadə Bakıya çağırıldı - Çıxışına “STOP“ qoyuldu
Azərbaycanda TIR sürücüsü özünü maşında asdı - Foto
Peskov: “Rusiya hazırda ölümcül müharibə aparır”
Putin və Rusiya ciddi iqtisadi böhran içindədir - Tramp
Şahin Şıxlinski barəsində qərar verildi
“Music Gallery” müştəriləri belə aldadır
Şahin Mustafayev Təbriz və Culfada səfərdə olub


03.06.2021  19:34 

Bu ölkə də azad olunmuş ərazilərin bərpasında iştirak edə bilər





A+  A-

“Bu il Azərbaycanla Serbiyanın ticarət dövriyyəsində üç dəfəyə yaxın artım qeydə alınıb. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür”.
XəzərNews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Serbiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Draqan Vladisavljeviç ilə görüşündə bildirib.

Nazir Ermənistan tərəfindən dağıdılmış ərazilərimizdə aparılan böyük quruculuq işlərini diqqətə çatdırıb. O, dost ölkələrin şirkətləri kimi, Serbiya şirkətlərinin də həmin ərazilərdə aparılan yenidənqurma işlərində fəal iştirak edəcəyinə əminliyini ifadə edib.

D.Vladisavljeviç Serbiyanın Azərbaycana dost münasibətini, ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini vurğulayıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin daha da genişlənməsi üçün öz töhfələrini verməyə çalışacağını diqqətə çatdırıb.

Xəbər 3558 dəfə oxunub.




24.09.2025  19:03 

İranın cənubunda gəmi batıb

24.09.2025  13:00 

İlhamə Elşadqızına hökm oxundu

24.09.2025  11:34 

Baş nazir QƏRAR İMZALADI

24.09.2025  10:43 

Bu ərazilərdə qaz olmayacaq

24.09.2025  10:41 

Xəzərdə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +