Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?
Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?
Meyiti 20 il soyuducuda saxladı, həbs olundu
Zelenski Trampdan görüş zamanı nə istəyib?
Qan dayanana qədər mübarizə aparacağıq - Ərdoğan
Generaldan jurnalistə sərt cavab -“Siz kimsiniz ki, mənə zəng etmisiniz?“


31.07.2025  12:07 

“KFC” müştərilərə yararsız toyuq ətindən hazırlanmış məhsul verir?





A+  A-

“KFC”nin (Kentucky Fried Chicken) “Port Baku Mall” filialında müştəriyə yararsız toyuq əti satıldığı bildirilir.

XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri paylaşım edib.

Bildirilib ki, “KFC”dən aldığı toyuq əti köhnə olub: “Qızdırıb, göndəriblər. Toyuq əti qapqara, rezin kimi, bərk, içi göy, köhnə iy gəlir. Ət parçalanır, bir sözlə, yemək mümkün deyil. Demişdim, acılı ədviyyat vurulmasın, hamısını acılı ediblər ki, toyuğun köhnə olduğunu ört-basdır etsinlər. Ehtiyatlı olun”.

Şikayətçi Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.Digər istifadəçilər də narazılıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı Pravda.az “KFC”nin “Port Baku Mall” filialına sorğu ünvanlayıb.

Restorandan bildirilib ki, sözügedən şikayətlə bağlı vətəndaş “KFC”yə hər hansı müraciət etməyib: “Toyuqlar “KFC”də bir gün öncədən standartla buzdan açılır və artıq ət qalmır. Buna görə də toyuq əsla kiflənə bilməz. Fotolara baxdıq. Müstərinin sifariş verdiyi bud acısızdır. Acılı toyuqlar daha açıq rəngdə olur. Qanadlar isə sırf acılı olur və bu haqda müstəriyə məlumat verilir”.

Xəbər 406 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +