İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


12.02.2025  13:45 

Sabiq diplomat özünü günahkar BİLMİR





A+  A-

Bakıda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xəzərnews.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər Emil İbrahimovun onlarla yanaşı əyləşməsi barədə vəsatət veriblər.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra məhkəmə istintaqı açıq elan olunub.

Prokuror ittiham aktının nəticəvi hissəsi elan edilib.

İttihama görə, hadisə 2024-cü ildə Nizami rayonunda qeydə alınıb. Emin İbrahimov səki ilə hərəkətdə olan zaman onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə toxunub. Bu səbəbdən onlar mübahisə ediblər. Onların arasında dartışma zamanı Emin İbrahimov üzərində olan bıçaqla Kamal Şükürovun qarın nahiyəsindən bir dəfə vurub.

İttihama münasibət bildirən E. İbrahimov özünü təqsirli bilməyib və itthamı qəbul etməyib.

"Ötən prosesdə də dedim, indidə deyirəm ki, müdafiə olunmayacam. Günahım yoxdur. Burada tamaşa qurulub, mən bu tamaşada rol oynamayacam. Çünki özümü bu işdə təqsirli bilmirəm. Mən bu cinayəti törətmədiyimi hər kəs bilir".

Daha sonra zərərçəkmiş qismində Kamal Şükürov ifadə verib.

O bildirib ki, hadisədən əvvəl E. İbrahimovu tanımayıb, onunla ədavəti olmayıb:

"Mən metronun "Xalqlar dostluğu" metrosunun yanında yaşayıram. Orada da həmişə yolda tıxac olur. Mən özüm də "Laçın" ticarət mərkəzinə "Sədərək"dən aldığım malları verib siyahı alırdım. Hadisə günü də maşın bazarı istiqamətində yolda tixac yarandığı üçün maşını aşağıda saxladım və "Laçın" ticarət mərkəzi istiqamətində səki ilə hərəkət edirdim. Bu zaman adını sonradan bildiyim Emin ilə rastlaşdım. Biz çiyin-çiyinə toxunduq. Mən ondan üzr istəmək istəyən zaman söyüşlə cavab verdi. Biz bir-birimizin yaxasından yapışan zaman mənə yumruq atdı. Məndə ona yumruq atdım. Bu zaman qarın nahiyyəmdən istilik hiss etdim, yerə çökdüm. Baxanda qarnından qan axdığını gördüm. Sonra mən təcili yardıma və polisə zəng etdim. Məni xəstəxanaya apardılar. Əməliyyat olundum".

Daha sonra zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə barışıq yoxdur. O, təqsirləndirilən şəxsə dövlətin təyin etdiyi qanunlarla cəzalandırılmasını istəyib.

Proses martın 12-də davam etdiriləcək.

Qeyd edək ki, sabiq diplomata istintaq orqanı tərəfindən Emin İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

Xəbər 3401 dəfə oxunub.



13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +