Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


22.09.2025  11:23 

Bir ev, bir ailə — dörd şübhəli - Oğuzda əməliyyat





A+  A-

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan bir ailənin dörd üzvü saxlanılıb.

XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, rayonun Xaçmaz kəndində yaşayan 65 yaşlı Məmmədsaad Məmmədov (əvvəllər ağır cinayətə görə məhkum olunmuş), onun oğlu Orxan Məmmədov, həyat yoldaşı Gülnaz Məmmədova və gəlini Dilbər Məmmədovanın evinə baxış zamanı 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, şüşə qablarda narkotik tərkibli toxumlar aşkarlanıb.

İstintaqla müəyyən edilib ki, ailə üzvləri çətənə kollarını əkib-becərərək satışını təşkil ediblər. Məmmədsaad Məmmədov sifarişləri qəbul edib, digər ailə üzvləri vasitəsilə çatdırılmasını təmin edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Məmmədsaad, Orxan və Gülnaz Məmmədovalar barəsində həbs qətimkan tədbiri seçilib. Dilbər Məmmədova barədə isə digər qətimkan tədbiri tətbiq olunub.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 1854 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +