Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


13.04.2018  12:56 

“Polislərdən biri qulağından yumruqla vurdu”





A+  A-

Bakıda yol polislərinin sürücünü döyərək xəsarət yetirdiyi iddia olunur.
XəzərNews.az xəbər verir ki, vətəndaş Könül Əyyubova "Qafqazinfo”ya müraciət edərək bildirib ki, martın 30-dan 31-nə keçən gecə, saat 12 radələrində qardaşı, 1990-cı il təvəllüdlü Fariz Əyyubov Nizami rayonu, Naxçıvanski küçəsi 64 ünvanında, yəni yaşadığı binanın həyətində döyülüb.

O, 99 MA 225 nömrəli "Mercedes” markalı avtomobilini park edərkən 99 YP 509 saylı xidmət avtomobili ona yaxınlaşıb: "İki nəfər yol polisi qardaşımı zor gücünə maşından düşürməyə çalşıblar, o müqavimət göstərdikdə isə döyərək xəsarət yetiriblər. Polislərdən biri Farizin qulağından yumruqla vurdu və o, huşunu itirərək yerə yıxıldı Polis isə daha sonra qardaşımın cibindən maşının açarını götürərək avtomobili cərimə meydançasına aparıb. Maşın hələ də cərimə meydançasındadır, rəsmi olaraq niyə saxlanıldığını da bizə demirlər”.



K.Əyyubova bildirib ki, qardaşının aldığı xəsarətlərlə bağlı həkimdən ekspert rəyi də verilib: "Qardaşımın döyülməsi faktının araşdırılması və həmin yol polisi əməkdaşlarının cəzalandırılması üçün Daxili İşlər Nazirliyinə və qurumun tabeliyindəki digər müvafiq orqanlara müraciət etsək də, bu günə kimi heç bir nəticə yoxdur. Rəsmilər hadisəni ört-basdır etməyə çalışır”.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məsələylə bağlı bildirib ki, çox zaman inzibati tənbeh tədbiri seçildiyi zaman vətəndaşlar bundan narazı olur və bunun əvəzini müxtəlif vasitələrlə çıxmağa çalışır:



"Maraqlısı budur ki, onlar bizə müraciət etməkdənsə, məsələnin ictimailəşdirilən zaman həll edildiyini zənn edirlər. Sizin qeyd etdiyiniz fakt əgər həqiqətən də varsa, vətəndaş buyursun sizə etdiyi müraciəti bizə də bildirsin. Biz də araşdırıb qanunvericilikdə göstərilən tələblər üzrə hərəkət edək.

Ancaq bu inandırıcı deyil. Çünki bu gün yol polisinin üzərində səsyazma qurğusu var. Müraciət etsinlər, biz də deyilən vaxtı, deyilən saatı araşdıraq, görək kim kimi döyüb, kim kimi söyüb”.

Xəbər 5599 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +