Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


08.10.2025  15:43 

“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab





A+  A-

Son günlər “Hicaz” markalı toyuq məhsulu ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Paylaşımlarda məhsulun keyfiyyəti və gigiyenik tələblərə cavab verməməsi ilə bağlı ciddi iddialar səsləndirilib. Məlumata görə, vətəndaş marketdən aldığı “Hicaz” toyuğunun içində təmizlənməmiş orqan və qan qalıqları aşkarlayıb.

XəzərNews.az xəbər verir ki, “Hicaz” broyler şirkətinin kommersiya direktoru Ədalət İmaməliyev isə “Yeni Sabah” açıqlamasında bildirib ki, artıq 15 ildən çoxdur fəaliyyət göstərirlər və əsas məqsədləri gigiyenik-sanitar qaydalara və halallıq prinsiplərinə ciddi riayət etməkdir.

O, yayılan iddiaların məqsədli şəkildə aparılan qarayaxma kampaniyasının bir hissəsi olduğunu söyləyib:

“Biz yeni yaranmış şirkət deyilik, artıq 15 ildən artıqdır bazarda fəaliyyət göstəririk. Bazardakı fəaliyyətimizin əsas istiqaməti həm gigiyenik-sanitar qaydalara, həm də halallığa əməl etməkdir. Biz həmişə belə işləmişik.

Məqsədli şəkildə yayılan bu xəbər bütün broyler şirkətlərinə qarşı ildə bir neçə dəfə təkrarlanır. Kiçik araşdırma etmək kifayətdir ki, bunu hər kəs görsün. İri şirkətlərə qarşı tez-tez bu tipli qarayaxma kampaniyaları aparılır, artıq biz buna normal yanaşırıq. İldə 1-2 dəfə bunu məqsədli şəkildə edirlər. Bu iddia da onlardan biridir”.



Ə.İmaməliyev bildirib ki, istehsal prosesi davamlı şəkildə gedir, gündə 1000-dən artıq diri quş emal edirlər: “Məsələyə vicdanla yanaşsaq, bütün sahələrdə isteshal prosesində bu kimi xətalar qaçılmazdır. Əgər minlərlə toyuğun içindən birində belə problem çıxıbsa, düşünürəm ki, bu qədər şişirdilməməlidir. O zaman bu məsələ ciddi şəkildə şişirdilməlidir ki, şirkət davamlı olaraq bu cür xətalar edir və artıq bu adi hala çevrilib. Bu zaman məsələ həyəcanvericidir və hökmən ictimailəşməlidir.

İldə bir dəfə kiminsə şəxsi-qərəzliyi ucbatından bu kimi məsələni qabartması şirkətə və məhsulun istehlakçılarına qarşı haqsızlıqdır! Quş məhsulları istehsal edən şirkətlərə qarşı ildə bir neçə dəfə qarayaxma kampaniyası aparılır, dəfələrlə bu tip fotolara sosial şəbəkələrdə rast gəlirik. Biri toyuğun içərisinə milçək qoyub şəklini çəkir, digəri təzə toyuğun içərisinə yarım kiloqram buzu qoyaraq çəkib paylaşır. Hətta bir dəfə qarşıma çıxan fotoda kiçik kərtənkələni toyuğun içərisinə qoyub şəklini çəkmişdilər…”

Şirkət rəsmisi mətbuat orqanlarını məsuliyyətli davranmağa çağırıb:

“Yaxşı olar ki, bu tipli paylaşımlar edən zaman mətbuat şirkətlə də birbaşa əlaqə saxlasın. Əgər ortada hər hansı iddia varsa, bunu araşdırmaq lazımdır, bu şəkildə insanların çörəyi ilə oynamaq, alıcılara haqsızlıq etmək olmaz. Hətta bu tip qarayaxmalara görə qarşı tərəf özü məhkəməlik ola bilər. Şirkətə iftira atmaq, bazar ticarətinə, imicinə belə zərbə endirdiyinə görə həmin şəxsdən məhkəmə yolu ilə təzminat tələb oluna bilər”.



Ə.İmaməliyev əlavə edib ki, “Hicaz” broylerin məhsulları hazırda satışdadır, məhsullar bazara çıxarılmadan öncə mütəmadi monitorinq aparılır və bütün standartlara tam cavab verir:

“Hicaz” broylerin məhsulları bu gün də bazarda satışdadır, bütün aparıcı marketlərin piştaxtasında alıcılara təqdim olunur. Hər gün məhsul bazara çıxarılır, çıxarılmamışdan öncə monitorinq aparılır. Şirkət tələb olunan bütün standartlara cavab verir və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin icazə, möhürləri ilə fəaliyyət göstərir. Məhsullarımız hər gün həkim labotoriyasında yoxlanılaraq bazara çıxır”.

Xəbər 796 dəfə oxunub.




08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +