Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


12.01.2018  20:37 

Səhiyyə Nazirliyi saxta saytla bağlı araşdırmalara başladı





A+  A-

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından yaradılan və 50 faiz endirimlə arıqlamaq dərmanlarını satan saxta saytla bağlı artıq araşdırmalara başlanılıb.
Bu barədə XəzərNews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirib ki, bu işin arxasında kimlərin olması və nə məqsədlə belə etdikləri üzə çıxarılacaq.
"Onların yaydıqları məlumatlar tamamilə əsassızdır və saxta dərman satmaları araşdırılır. Araşdırma bitdikdən sonra saxta saytı açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək və bu barədə ictimaiyyətə də məlumat veriləcək”.

Qeyd edək ki, yaradılan saytda Azərbaycanın səhiyyə naziri Otay Şirəliyevin yerinə nazir kimi Kərim İsmayılov göstərilib. Saytda 2015-ci ildən ölkədə artıq çəkidən əziyyət çəkənlərin 82 faiz artması və sağlamlıqla bağlı problemlərin də meydana gəlməsi kimi yalan informasiyalar verilib.

Xəbər 3012 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +