Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


07.06.2017  22:43 

Uşaq evində qıza işgəncə verilib - Ombudsman hadisə yerində





A+  A-

Şəki Qarışıq Tipli Uşaq Evində 18 yaşlı qıza işgəncə verilib.
XəzərNews.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov video yayımlayıb. Videogörüntüdə müsahibə verən Aysel ona işgəncə verildiyini deyib:

“Çox sıxırlar, ora getmə, bura getmə, işgəncə verirlər. Döyürlər bizi. Çubuqla başımıza, taxta ilə belimizə vururlar. Bizi burada çox incidirlər. O qədər döymüşdülər ki, özümü asmaq istədim. Neynəyim, həyatdan bezirdim. Ürəyimdə fikirləşirəm ki, kimsəsizəm, valideynim olsaydı, heç kəs mənə belə etməzdi”.

Məsələ ilə bağlı Şəki Qarışıq Tipli Uşaq Evinin direktor müavini açıqlamasında bildirib ki, hazrda Ombudsman uşaq evindədir və o, rəhbərliklə görüşür:

“Videogörüntü ilə bağlı bütün suallara ancaq direktor cavab verir. Onun da yanında Ombudsman olduğundan telefonu götürə bilmir.”

Xəbər 4389 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +