Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


02.10.2025  13:20 

“Əli və Nino” kitab sərgisini niyə tərk etdi? - Qalmaqal





A+  A-

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkələrdə paylaşdığı açıqlamasında builki kitab sərgisində baş verənlərə görə sərgini tərk etdiklərini açıqlayıb.

Onun sözlərinə görə, illərdir davam edən münasibət və intriqalar bu il də dəyişməyib:

“Təəsüf ki, "Əli və Nino" kitab sərgisini tərk etməyə məcbur oldu. Bizə qarşı olan bu təhqiri həzm edə bilmədik. Bu il bizi inandırdılar ki, hər şey fərqli olacaq. Bizə təklif edilən yerlər salonun sonunda olsa da, yenə də razılaşdıq. Hamı kimi, sərgiyə stendləri düzmək üçün 1 gün əvvəl getdik. Minlərlə kitablar, böyük endirimlərlə, işimizə sevgi ilə... Amma bizə (Əli və Ninoya) ayrılan yer başqa təşkilata artıq vəd olunduğunu dedilər. Sonradan söz verildi ki, sabahdan o yer bizindir”.

Nigar Köçərlinin sözlərinə görə, bütün bunlara baxmayaraq, ertəsi gün “Əli və Nino”nun yerində artıq başqa, kitabla əlaqəsi olmayan təşkilat yerləşdirilib və nazirlik əməkdaşları əvvəlki danışıqları inkar ediblər.

Bundan sonra “Əli və Nino” və “Qanun” nəşrləri sərgini tərk etmək barədə qərar versələr də, müəlliflərin imza günlərini nəzərə alaraq “Qanun” iştirakını davam etdirib, “Əli və Nino” isə koridorda masa açaraq fəaliyyət göstərib:

“Durum o qədər təhqiredici idi ki, utandığımdan heç banneri də açmadım. Sonradan başa düşdüm ki, mən bu vəziyyətlə barışa bilmərəm. Şahbaz bəyi inandırdım ki, Qanun işinə davam etsin, biz isə sərgini tərk edək”.

Nigar Köçərli əlavə edib ki, bu qərardan sonra özünü daha rahat hiss edib:

“İlk növbədə, komandama və bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Sərgidə olan həmkarlarıma uğurlar arzulayıram (hətta nazirlik qorxusundan bizə yaxın gəlib salam verməyənlərə də)”./Yenisabah.az



Xəbər 3975 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +