Təyyarə qəzası, ölənlər var -FOTO
ABŞ-da vəziyyət pisləşəcək -TRAMP
Deputatın meyiti TAPILDI
Türkiyə ilə ABŞ arasında bir çox sənədlər İMZALANIB
Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Prezident: Xəzər dənizi sürətlə kiçilir - “Vəziyyət pisdir”
Sabiq MTN polkovniki saxlanılıb -FOTO
Prezident BMT-də çıxış etdi - VİDEO
Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...


25.09.2025  16:18 

“Adnan işi“ SOCAR-ı silkələyir: İndi hədəf odur...





A+  A-

SOCAR-ın keçmiş rəhbər şəxsləri ilə bağlı yayılan məlumatlar son günlər ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə də qurumun sabiq rəsmisi Adnan Əhmədzadənin həbsi fonunda digər yüksək vəzifəli şəxslər barəsində də müxtəlif iddialar səsləndirilir.

XəzərNews.az xəbər verir ki, AFN.az-a daxil olan məlumata görə, bu dəfə diqqət SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov üzərində cəmlənib. Xatırladaq ki, M.İsmayılov qurumda işlədiyi illərdə ən çox varidat toplayan məmurlardan biri kimi tanınıb. Onun haqqında mediada və sosial şəbəkələrdə dəfələrlə məlumatlar yayılıb və bu xəbərlərin böyük hissəsi sabiq vitse-prezidentin sərvəti ilə bağlı olub. Hətta bəzi mənbələr onun dünya milyarderlərinin siyahısına düşəcək qədər böyük imkanlara sahib olduğunu iddia edir.

Məsələyə dair məlumat verən mənbə bildirir ki, M.İsmayılovun ailə üzvləri də “əsl milyarderlər” kimi yaşayır. İddialara görə, sabiq vitse-prezidentin xanımı kürd əsilli şəxslə ailə quran yaxın rəfiqəsinə Münhendə qonaqlıq verib. Həmin tədbirin təşkilinə və şənlik zamanı göstərilən qonaqpərvərliyə görə təxminən 1 milyon dollarlıq hesab ödənilib.

Mənbənin sözlərinə görə, Münhen İsmayılovlar ailəsi üçün yad şəhər deyil. Bildirilir ki, ailənin Almaniyanın bu şəhərində 7 müxtəlif obyekti var. Bundan əlavə, M.İsmayılovun Düsseldorf şəhərində də 21 mənzilinin olduğu iddia edilir. Həmin daşınmaz əmlakların icarəyə verilməsi isə ailəyə davamlı gəlir mənbəyi yaradır.

Bütün bu məlumatlar SOCAR-ın rəhbərliyində illərlə çalışan bəzi şəxslərin ölkə xaricində böyük sərvət topladıqları barədə ictimai fikirləri bir daha gücləndirir. Adnan Əhmədzadənin həbsi ilə başlayan proses digər sabiq rəhbər şəxslərin də fəaliyyətinə diqqətin yönəlməsinə səbəb olub.

Bu baxımdan, “Adnan Əhmədzadə tək olmayıb” fikri təsadüfi səslənmir. İndi ictimaiyyətin gözü SOCAR-ın keçmiş rəhbərliyinin digər üzvləri ilə bağlı açıqlanacaq yeni faktlarda olacaq.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Xəbər 3193 dəfə oxunub.




26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...


BÜTÜN XƏBƏRLƏR +