Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


31.05.2022  10:21 

18 yaşlı qız intihar edib - Toyu olacaqdı...





A+  A-

Kürdəmirdə 18 yaşlı qız intihar edib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Xəlsə kəndində yaşayan 2004-cü il təvəllüdlü Aidə Məmişova özünü evin həyətindəki hində asaraq həyatına son qoyub.

İlkin araşdırmalar zamanı məlum olub ki, Xəlsə kənd 9 illik məktəbi bitirən A.Məmişova ötən il qonşu kənddən olan oğlanla nişanlanıb. Yaxın günlərdə onun toyu planlaşdırılıbmış.

Belə ki, ötən gün oğlan evi Xəlsədə qızgilin evinə gələrək toyun tarixini və digər detalları müzakirə ediblər. Qonaqlar gedəndən sonra A.Məmişovanın həyətdə cehizlik yorğan-döşək üçün yun təmizləyən anası ona toyuqlara dən atmasını tapşırıb. Hinə gedən 18 yaşlı qız az sonra qışqırmağa başlayıb. Ailə üzvləri onun ilandan qorxduğunu düşünüblər. Az sonra ora daxil olan qızın qardaşı bacısının özünü asdığını görüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər 3451 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +