Motosiklet və skuter oğurlayan şəxslər saxlanılıb
Türkiyə ABŞ-ın Rusiya neftindən imtina tələblərinə cavab verdi
Milyarderin üzünə duran Dərbişev saxlanıldı və öldü...
Nərimanovda oğurluq edən şəxs saxlanılıb
Belçika səmasında 15 PUA görüntüləndi
Bakıxanovda ölüm saçan yol - Hər an fəlakət yaşanır - VİDEO
UEFA açıqladı - Siyahıda “Qarabağ” da var
Polşada Ukrayna hərbçiləri üçün ən böyük təlim mərkəzi açıldı
İstilər yenidən qayıdır - Şənbə gününün havası
Məmurun evindən 340 min pulu oğlunun sevgilisi oğurlayıb


03.10.2025  11:49 

Məhkəmədə 2,5 milyon ödəyib azadlığa çıxdılar





A+  A-

İş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

XəzərNews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dəymiş 2 milyon 500 min manat dəyərindəki ziyanın Əbülfəz Babayevə tam ödənildiyi məlum olub.

O da əlavə olunub ki, zərərçəkmişlə barışıq əldə olunub və hazırda Ə.Babayevin şikayəti, tələbi yoxdur.

Prosesin davamında təqsirləndirilən şəxslər son söz deyib. Onlar özlərini təqsirli bilməyərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş ediblər.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əliyar Abbasov və Xəyalə Hüseynovaya 10 il 6 ay, Ümid Abbasova 8 il 6 ay, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı və Ramal Əzimova isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən Əliyar Abbasovun cəzası 3 il, digərilərinin cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Babayev "Olympus" şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər "ARB" televiziya şirkətinin də içərisində mövcud olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini satmaq adı ilə qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər 747 dəfə oxunub.



03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı

03.10.2025  10:29 

Zavodda güclü partlayış -VİDEO

03.10.2025  10:19 

Krımda yanacaq qıtlığı yaranıb


BÜTÜN XƏBƏRLƏR +