Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var


02.07.2020  10:27 

Bakıda 29 yaşlı iş qadını ürəktutmadan öldü





A+  A-

Azərbaycanda gənc iş xanımı ürəktutmadan dünyasını dəyişib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı mərhumun yaxınları sosial şəbəkədə paylaşıb. Bildirilib ki, 29 yaşlı Ülkər İskəndərova bir neçə gün öncə gözlənilməz şəkildə vəfat edib.

Ülkər İskəndərova artıq bir neçə ildir ki, nişan, toy və xınayaxdı məclisləri üçün xonçaların hazırlanması işinin təşkili ilə məşğul olub. Onun instaqramda “nazli_design” səhifəsinin 75 mindən çox izləyicisi var.

Gənc iş xanımı ötən həftə həkim olan hər iki valideyninin koronavirusla mübarizədə virusa yoluxduğunu və müalicələrinin davam etdirildiyini qeyd etmişdi: “Şükürlər olsun ki, hər iki valideynimin vəziyyəti artıq yaxşılığa doğru gedir. Tezliklə evə yazılarlar. Artıq işlə bağlı paylaşımları könül rahatlığı ilə edə biləcəm. Çox soyumuşdum hər şeydən, əlim heç bir işə gəlmirdi. Allah deyirmiş ki, canın sağlam, doğmaların yanındaykən heç nəyin dərdini çəkib şikayətlənmə. Elə bir dərd gələr ki, bir zamanlar o şikayətlənmələrinə görə peşman olarsan. Özünüzü qoruyun”.

Bu, mərhumun son paylaşımı olub və izləyicilərini kədərləndirib.

Qeyd edək ki, Ü. İskəndərovanın iki azyaşlı qızı var. O, ikinci dəfə isə bir neçə ay əvvəl ana olmuşdu.

Xəbər 3202 dəfə oxunub.



23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +