Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


22.08.2025  15:17 

Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda





A+  A-

Hotel üçün qanunsuz yürüstü piyada keçidi tikilib.

Şəhər həyatında piyada keçidləri həm təhlükəsizliyin, həm də şəhərsalmanın əsas elementlərindən biri hesab olunur. Lakin bu keçidlər heç də həmişə insanların təhlükəsizliyi üçün inşa edilmir. Məsələn, Salyan şosesinin 14-cü kilometrliyində tikilən yerüstü keçid insanların üzünə qapalıdır.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a müraciət edən vətəndaş Tural Həsənov iddia edir ki, həmin keçid hotel tərəfindən zəbt olunub, bu da insanlar üçün ciddi təhlükəyə yol açır:

“7-8 zolaqlı, yüksək sürətli yoldu, həm də arakəsmələr keçməyə mane olur. Yolda keçid var, amma sakinlər istifadə edə bilmir. Bu yolu keçmək çox təhlükəlidi. Bilməyən adamlar gəlirlər, keçidin girişini axtaranda çaş-baş qalırlar”.



Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Bakupost.az -a bildirib ki, keçidi təmsil etdiyi qurum tikməyib.

Belə çıxır ki, həmin keçidi “Green City” hoteli tikib, buna görə də keçiddən yalnız hotelin müştəriləri və əməkdaşları istifadə edirlər. Keçidə giriş sadəcə hotelin həyətindəndir və iaşə obyektini şosenin digər tərəfindəki hissə ilə birləşdirir. Maraqlısı budur ki, həmin ərazidə, xüsusilə keçidin yaxınlığında heç bir alternativ piyada keçidi yoxdur.

Elə biz də müraciəti araşdırmaq üçün əraziyə gedəndə oxşar mənzərənin şahidi olduq. Belə ki, yerüstü keçidi görüb uzaq məsafədən yolu keçmək üçün gələn turistlər girişin hoteldən olduğunu görüb təəccübləndilər. Nəticədə yolu keçməyə müvəffəq olmayan qonaqlar kor-peşman keçid axtara-axtara geri qayıtdılar.



Sual yaranır: Niyə bu qədər strateji bir ərazidə, insanlar üçün açıq və təhlükəsiz keçid əvəzinə, yalnız bir kommersiya obyektinin maraqlarına xidmət edən qapalı keçid inşa olunur? Ümumiyyətlə, özəl müəssisələrin keçid inşa etmək hüququ varmı?

Elə bu suallarla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Qurumdan Bakupost.az -a bildirildi ki, özəl ictimai-iaşə obyektləri və ya digər təsərrüfat subyektlərinin müstəqil qaydada yerüstü piyada keçidi tikməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Əslində 2018-ci ildən obyektlərin tikintisinə və istismarına icazələrin verilməsi səlahiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsindədir. Lakin araşdırmamız nəticəsində məlum oldu ki, sözügedən keçid 2018-ci ildən əvvəl tikilib. Bu səbəbdən müraciət ünvanımız da dəyişdi. Səbail rayon İcra Hakimiyyətinə keçidin tikintisinə hansı əsasla icazə verilməsi barədə sorğu ünvanladıq. İcra Hakimiyyətinin müvafiq açıqlamasını da işıqlandıracağıq.

Qeyd edək ki, “Green City” hotelinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Açıqlama veriləcəyi bildirilsə də, hələlik hər hansı məlumat göndərilməyib.



Xəbər 524 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +