Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


30.01.2019  09:05 

Narkotik maddə keçirmək istəyən 39 qadın saxlanılıb





A+  A-

“Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2018-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub”.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Xalq qəzeti”ndə dərc olunan məqaləsində deyib.

O bildirib ki, 264 fakt üzrə ümumilikdə 1 ton 193 kq 527 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Sədrin sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər saxlanılıb ki, onların da arasında 39 qadın olub. Onlardan 199 nəfər Azərbaycan vətəndaşı və 92 nəfər isə əcnəbidir (58 İran, 14 Gürcüstan, 9 Rusiya, 6 Türkiyə, 2 Qazaxıstan, 1 Ukrayna, 1 Türkmənistan və 1 ABŞ vətəndaşı).

Xəbər 2951 dəfə oxunub.



22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +